“Təhsil Nazirliyi önündə özümüzü yandırmağımızı istəyirsiniz?” -Direktordan narazı olan müəllimlər Birinci vitse-prezidentə müraciət etdi
“Məktəb direktoru Sahil Ağayev biz müəllimlərin namusunu, qeyrətini, var-yoxunu arvad-qızın yanında söyüb təhqir etmişdir”
Yenixeber.org: Lerik rayonu, Züvüç kənd tam orta məktəbinin bir qrup müəllimi adından Cəfərov Mahir Ağalar oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:
“Lerik rayonunda İcra başçısı Rövşən Bağırov savadsız birisini rayon təhsil şöbəsinin müdiri təyin etməklə bütün iqtisadi maraqlarını təmin etdi. Belə ki, iqtisadi maxinasiyalar, təhsil işçisinə yaramayan hərəkətlər sonda Lerik təhsilində qanlı olaylar yaratdı.
Veri-Əliabadı kəndində məktəb direktoru işləyən tanınmış ziyalı ona qarşı atılan böhtanlara dözmədi. Böhtan yağdıranı 12 bıçaq zərbəsinə məruz qoydu, sonda özünü güllələdi.
Rayon təhsil şöbəsinin müdir müavini, rayonun qaymaq ziyalılarından hesab olunan Cəbrayıl Surətovun ailəsində daha böyük qanlı olaylar yaşandı. Sumqayıt Dövlət Sosial Müdafiə Fondunda işləyən oğlu Vinçester silahı ilə silahlanaraq böyük
ailə faciəsi törətdi, qaynanasını, həyat yoldaşını, oğlunu öldürdükdən sonra özünü də güllələdi. Həyat yaxşı mənada bumeranqdı. Sabiq təhsil şöbə müdirinin (heç bir azərbaycanlının onun adını dilə gətirilməsini istəmirəm) oğlunu paytaxtın Nərimnavon metrosunun üstündə doğma qardaşı oğlu qətlə yetirdi. Bir qədər səlis desək, başını bədənindən ayırdı.
Lerikdə bu qanlı olayları törədən sabiq təhsil şöbə müdiri Sahil Ağayev adlı birisini Masallı rayonundan əvvəlcə Lerik rayonunun Şingədulan kəndinə, oradan isə Züvüç kənd tam orta məktəbinə direktor gətirdi. Elə fəlakətlərimiz də o gündən başladı.
Azərbaycan Respulbikasının sadə vətəndaşları, ziyalaları kimi biz müəilimlərin məktəbimizin direktoru Sahil Ağayev haqqında şikayət xarakterli müraciətlərimizə baxılmır. Dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə, Lerik Rayon Təhsil Şöbəsinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Prokurorluğuna məktəbimizdə baş verən qanunsuzluq, maliyyə pozuntusu, məmur özbaşınalığı, vəzifəsindən sui-istifadə hallarına yol verməsi barədə məlumat vermişik. Müəllimlərin direktor tərəfindən nalayiq söyüş və ifadələrlə təhqir olunması, şərəf və ləyaqətlərinin kollektiv və məktəb şagirdləri qarşısında alçaldılması direktor Sahil Ağayevin qeyri-qanuni yolla açdığı sinif və yarımqruplarla dövlət büdcəsinə ziyan vurmuşdur. Məktəblərarası şagird alveri adlarının sinif jurnallarında çəkinmədən və qorxmadan yazması bu günə kimi davam edir. Bütün bunlara baxmayan və görməzdən gəiən məmurlar nəinki, bu şəxsi cəzalandırırlar, bu rüşvətxoru hətta tərifnamə ilə təltif edirlər.
Sual 1. Şəhid və Şəhid bacısını söyən və təhqir edən insan buna layiqdirmi?
Sual 2. Dövlətin büdcəsinə, dövlət tərəfindən inşa edilən ümumxalq məktəbinin binasına və binanın içərisindəki yüksək avadanlığı məhv edən və yararsız hala salan insan neçə olur ki, direktor fəaliyyəində çalışaraq işləyə bilir?
Sual 3. Məktəbin direktoru Sahil Ağayev Şəhid adını daşıyan məktəbdə işləyə-işləyə digər şəhidi təhqir edərək heç kəsdən və kimsədən qorxmadığını dediyi zaman vəzifəsini davam etdirə bilərmi ?
Əfsuslar olsun ki, bu vəziyyətə əməl etməyən məmurlar var. Dövləti bölgələrdə təmsil edən aidiyyati təhsil məmurları ciddi özbaşınalıq, rüşvətxorluq, maliyyə pozuntuları edərək dövlətin büdcəsinə külli miqdarda ziyan vururlar. Bununla yanaşı, məmurun məmur tərəfindən müdafiəsilə tez-tez və ciddi şəkildə qarşılaşırıq. Biz etdiyimiz şikayətlə əlaqədar Lerik Rayon İcra aparatında olduğumuz vaxt gördüklərimiz və eşitdiklərimiz bizi dəhşətə gətirdi və vahiməyə saldı. Lerik Rayon İcra başçısının təhsil şöbəsi üzrə kuratoru Arzu Vəliməmmədova biz haqqı tapdalanan, namus və şərəfi, ləyaqəti ağır söyüşlərə məruz qalan, təhdid olunan müəllimləri qoyub, Züvüç kənd tam orta məktəbinin direktoru Sahil Ağayevi elə müdafiə etdi. Biz onu Sahil Ağayevin vəkili kimi tanıdıq. Sonralar məlum oldu ki, ortada maddi-maraq var. Sahil Ağayevdən alınan məbləğ bizim namusumuzdan, qeyrətimizdən, məktəbdə uşaqların acınacaqlı vəziyyətindən və dövlət büdcəsinə dəyən ziyandan (dövlətin mənafeyindən) üstündür. Biz bu direktorla işiəmək istəmirik. Biz müəllimlərin bu direktorla bağlı yazdıqlarımıza baxılmazsa, xarici telekanallara və səfirliklərə müraciət edib, bizim haqlı tələbimizin heç kəs tərəfindən eşidilmədiyini bildirərək öz narazılığımızı ifadə edəcəyik. Onda əhsən deyərlər Təhsil Nazirliyinə, Lerik Rayon İcra Hakimiyyətinə, Lerik Rayon Təhsil Təhsil Nazirliyi önündə özümüzü yandırmağımızı istəyirsiniz? Şöbəsinə. Dörd müəllim özlərini asdılar, amma haqsızlıqla barışmadılar deyərlər. Ölmək, məğlub olmaq demək deyil. Biz ölsək də belə bu şikayətimizdən dönməyəcəyik. Biz bir qrup müəllim adı gedən bu rüşvətxor, vicdanı xəstələnmiş direktorla işləmək istəmirik. Xahiş edirik bizim şikayətimizi yerli-yerində araşdırasınız.
Biz, aşağıda adları sadalanan kəslər yazıb sizə bildiririk ki, Lerik rayonu Züvüç kənd tam orta məktəbin direktoru dərs bölərkən qeyri-qanuni olaraq dərsi şəxsən özü bölüb və bizi dərs saatları ilə təmin etmir. Bölgü vaxtı Konstutusiyanın 25-ci maddəsinin bərabərlik hüquqi pirinsiplərini ciddi pozur. Buna baxmayaraq biz ölkə Konsitutusiyasının 57-ci maddəsinə uyğun olaraq aidiyatı orqanlara müraciət etmişik.
Məktəb direktoru Sahil Ağayev biz müəllimlərin namusunu, qeyrətini, var-yoxunu arvad-qızın yanında söyüb təhqir etmişdir.
Bundan başqa dərs saatlarını, sinif rəhbərliyini rnüəllimlərə pulla sataraq ciddi rüşvətxorluq edir. Hətta Cəfərov Mahirin sinif rəhbərliyini alıb başqa müəllimlərə verib. Qeyri-qanuni yollarla paralel siniflər açaraq maliyyə pozğunluğuna yol verir. Qonşu kənd məktəbləri ilə uşaq alveri edib. Hər bir uşağa görə müəyyən məbləğ (50 m) pul alıb. Adı başqa məktəbdə gedən uşaqlar özləri Züvüç kənd tam orta məktəbinin siniflərində oturmuşlar. Cəfərov Mahir “Mənim rəhbəri olduğum sinfi məndən niyə aldınız?” dedikdə, Mahır Cəfərovun üstünə cumaraq nalayiq söyüşlə söyərək təhqir və təhdid etmişdir. Sahil Ağayev müəllimlərə ayrılan dərs saatlarını müqavilə ilə direktor təyin edildiyi gündən bu günə qədər ayrı-ayrı müəllimlərin adına yazaraq özü üçün mənimsəmişdir. Deyiləndə ki, bu dərs saatlar niyə saxlanılır? Deyir ki, burada rayon rəhbərliyinin, aidiyyatı orqanların haqqı var. Bundan başqa adı gedən şəxs müəllimlərdən hər ay 5-10 manat pul yığır, ayrı-ayrı vaxtlarda isə 50-100 manat arası pul yığıb. Bütün bu deyilənləri rayon rəhbərliyinə çatdırsaq da buna əhəmiyyət verilmir. Sanki bu qanundur, belə bilərək bizi təqsirkar bilirlər. Hansı ki, Sahil Ağayev Konsitutusiyamızın müvafiq maddələrində insanların bərabərlik hüquqlarının açıqlandığı maddələrə zidd olaraq müəllimlərin şərəf və ləyaqətini alçatmışdır. Adı gedən şəxs məktəbin bütün avadanlıqlarını dağıdır, məktəbə gələn yumşaq divan dəstini, stol, stul, kameraları satmışdır. Bütün bu hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsini ciddi pozaraq özbaşınalıq edib. Yaratdığı paralel sinifləri ört-basdır etmək üçün valdeyinlərin ərizəsini alıb dövlət sənədlərini saxtalaşdırmaqla məşqul olur. Bundan başqa ayrı-ayrı müəllimlərdən pul yığdığı halda, o müəllimədən ərizə yığıb rayon təhsil şöbəsinə göndərib (Yenə sənədlərin saxtalaşması).
Uzun müddət müəllimlik etməsinə rəğmən H2-ni qeyri-qanuni yolla alıb. Bununla dövlət büdcəsindən külli miqdarda vəsait yeyilib. Bütün bu deyilənlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 (təhqir) 154.2 (bərabərlik hüququnun pozulması), 108.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.1 (rüşvət alma) Dövlət sənədlərinin saxtalaşdırılması üzrə cinayətləri törətmişdir. Bütün bunlara rəğmən Sahil Ağayev tutduğu vəzifədən kənarlaşdırılmır. Görünür, dövlətin aydiyatı orqanlarının belə kadrlara daha çox ehtiyacı vardır. Bu, açıq-aşkar məmurun məmur tərəfindən müdafiəsidir.
Bu, cənab İlham Əliyevin ciddi tapşırıqlarını pozmaq deməkdir. Təssüfflər olsun ki, Ulu Öndərimız Heydər Əliyevin təhsil islahatlarında qoyduğu uğurlu inkişaf yolunda belə rəhbərlər dövlətin ən aktual məsələsi olan təhsilimizi, bizim balalarımızı ciddi təhlükə altına qoyur. Qarşıdan qış gəlir. Verilən dizel yanacağı satılır. Bu halda ucqar dağ rayonunda soyuq siniflərdə körpə uşaqları nə gözləyir düşünün.
Xahiş edirik, bizi vicdanı xəstələnmiş məmurlardan qoruyun. Xəstəliyin ən dəhşətlisi olan xərçəng xəstəliyi tək yoluxduğu şəxsi aparır.
Biz aşağıdakı bir qrup müəllim belə vicdanı xəstələnmiş direktorla yuxardakı səbəblər ucbatından işləmirik və işiəməyəcəyik. Ya bizi, ya da onu vəzifəsindən azad edin!
Yuxarıda göstərilən faktlar nə üçün yerində, düzgün və dəqiq bu günə kimi araşdırılmır?
Aşağdakı yazılan faktları rayon təhsil şöbəsi işçiləri və məktəb direktoru Sahil Ağayev ört-basdır edib. Yuxarı təşkilatlardan gələn məktublara özləri istədikləri kimi cavab yazırlar. Hansı ki, o cavab onlara sərf edir.
Fakt 1. Ali təhsilli kimya müəllimi dərslərini (kimya) orta ixtisas təhsilli sinif müəlliminə yazdırıb. Aylıq pulu özü mənimsəmişdir (əsas jurnal).
Fakt 2 . Saxta yolla paralel hazlrlıq sinifləri açmışdır (əsas jurnal).
Fakt 3. Məktəblərə Arta, Zövnə, Ösyodərə kəndlərində uşaq satmaqla siniflər açmışdır (əsas jurnal).
Fakt 4. Zövnə məktəbindən uşaq olaraq VI sinifdə yarm-qrup açmışdır, (əsas jurnal).
Fakt 5. Sahil Ağayevin özü üçün gizlətdiyi dərs (Təhsil Şöbəsi bilir).
Fakt 6. Müəllim alveri edir. Züvüç kəndinin ingilis dili müəllimini Hamarmeşə kənd orta məktəbinə satmaq istəyirdi.
Fakt 7. İkinci ixtisas müəllimi olmadan yarımqruplar yaradıb.
Fakt 8. Yeyintiyə qarşı çıxan müəllimlərin direktor tərəfindən müəllimlər otağında namus söyüşü ilə təhqir olunması (səs yazısı var).
Bütün bu deyilən faktlar yerli-yerində heç kim tərəfindən araşdırılmır”.
Hazırladı: İ.SABİRQIZI (hürriyyet.org)
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.