Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Məleykə Abbaszadə: "Bu il yüksək bal toplayanların sayı azalıb"

 

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib. 

Yenixeber.org: Mərkəzdən  verilən məlumata görə, iclasda bu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.

2019-cu ilin birinci yarım ilinin yekunları ilə bağlı sədr Məleykə Abbaszadə qeyd edib ki, bu dövr ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssiələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssiələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak etmişdir. Bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilmişdir.

Sədr vurğulayıb ki, bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında , ötən il olduğu kimi elə də ciddi fərq yoxdur. Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir.

Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcəkdir.

Daha sonra abituriyentlərin ixtisas seçiminə toxunan sədr bildirmişdir ki, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfərdir və hələlik təsdiq olunmuş ərizələrin sayı isə 32202-dir. V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub (qeyd olunan statistik məlumatlar 31 iyul saat 14.00-a tarixinə aiddir). Bu prosesdə abituriyentlərə ödənişsiz əsaslarla köməklik göstərilən Abituriyent Məsləhət Mərkəzlərinin fəaliyyəti də qənaətbəxş hesab olunmuşdur.

İclsada digər aktual məsələlər də müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam