Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsa Həbibbəyli:"Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda ..."

Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış “Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb.

Yenixeber.org: Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, yeni sənəd layihəsində azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir: “Hazırda qüvvədə olan dövlət standartları layihəsi təxminən 10 il əvvəl hazırlanıb və onun yenilənməsinə ehtiyac var. Orada azərbaycançılıq, milli-mənəvi-dəyərlər az nəzərə alınmışdı. Nazirliyin yenidən hazırladığı sənəd layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb, azərbaycançılıq ideyasının təbliğinə xüsusi diqqət verilib”.

İ.Həbibbəyli “Təhsil haqqında” yeni qanuna təklif edilən dəyişikliyə – təhsil proqramlarının (kurikulumların) təsdiq edilməsinin dövlətin vəzifələri sırasından çıxarılmasına da münasibət bildirib.

Onun sözlərinə görə, bu təklifə əsasən, təhsil proqramlarını Nazirlər Kabineti deyil, Təhsil Nazirliyinin Kollegiyası təsdiq edəcək: “Kurikulumların təsdiq edilmə səlahiyyətinin Nazirliyə verilməsi siyasi qərar deyil. Kurikulumların hazırlanması və təsdiqi ixtisas, pedaqoji biliklər tələb edən məsələdir. Ona görə də kurikulumları Təhsil Nazirliyi və ona tabe qurumlar hazırladıqdan sonra Nazirliyin kollegiyası təsdiq edəcək”.

Qeyd edək ki, mövcud “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib. “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” ilə bağlı yeni sənəd layihəsi Təhsil Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam