Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi:"Bu tip xəbərlər yayan..."

Təhsil Nazirliyi kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materialların yayımlanması faktı ilə əlaqədar materialları Baş Prokurorluğa və Mətbuat Şurasına təqdim edib.

Yenixeber.org: Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nazirlik son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materialların yayımlandığını bildirib:

“Belə ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli videogörüntü yayımlanıb.

Yayılan videogörüntüdə insanın şərəf və ləyaqətini açıq-aydan alçaldan hərəkətlər nümayiş etdirilmiş, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.

Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib.

Məlum olduğu kimi, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır. Belə ki, yuxarıda adı çəkilmiş bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmamış məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla vermiş (“Azərbaycanda BİABIRÇILIQ”, “Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli videogörüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yayıb. Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırmış, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyəniblər.

Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa və Mətbuat Şurasına göndərilib”. (Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam