Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təhsil Nazirliyi mükafatlandırıldı

Nazirlik, qadınlar arasında İT-nin təbliğinə göstərdiyi dəstəyə görə təltif edilib

 

Yenixeber.org: Mükafat, Bakıda keçirilən "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı çərçivəsində baş tutan “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mərasimində verilib.

AzNews.az xəbər verir ki, bu il “AWITA” mükafatı müsabiqəsinə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Müsabiqənin “Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə” nominasiyası üzrə İsmayıllı rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva, “İlin innovativ müəllimi” nominasiyası üzrə Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika-informatika müəllimi Aliyə Əhmədova qalib elan olunub.

“Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədi ilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam