DOKTORANTURAYA QƏBUL İMTAHANI DİM - ə VERİLSİN!- Təklif
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik özbaşınalıq
Təhsilin bütün pillələrinə qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirir. Bəs Doktoranturaya qəbul imtahanı niyə institutlar tərəfindən aparılır? Bakalavr, magistratura pilləsinə qədər gəlmiş ali təhsilli insanlar institutların özbaşınalıqları səbəbindən təhsilimiz kor şaxə ilə başa çatır.
Yenixeber.org: Bu sözlərin müəllifi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya imtahan vermiş Xalid Nəsirovdur. Müəllif bu istiqamətdə qarşılaşdığı problemlər və təkliflərini özünün FB səhifəsində ictimailəşdirib. Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlə təqdim edirik:
"Ölkədə şəffaflığına heç kimin şübhə etmədiyi imtahan keçirən bir qurum var-DÖVLƏT İMTAHAN MƏRKƏZİ.
2018-ci ilin dekabrında Doktoranturaya sənəd qəbulu ilə bağlı informasiya oxudum. Elə həmin ayda sənədlərimi Molekulyar Biologiya və Biotexnologiyalar institutuna təqdim etdim. İnstutun direktoru akademik İradə Hüseynova "məni düşünərək" maaşın azlığından, qəbul olduqdan sonra iş rejiminin saat 09:00 dan 17:00 -a kimi işdə olacağımı bildirərək, yaşayış səviyyəsinin ağır olacağını, bu təhsilin mənim üçün mənasız olduğunu tövsiyə etdi. Doktorantura təhsili almaq üçün məndən sənədlərimi Kənd Təsərrüfatı Nazirliyinin Botanika kafedrasına aparmağı tövsiyə etdi, mən isə ancaq biokimya ixtisasına qəbul olmaq istəyimi bildirdim. Səbəb məlum oldu. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna işçi götürməklə vakansiyanı onun üçün verərək, rəsmi sənəd qəbulu elanı verib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova şəxsi maraqları naminə təhsilə marağı olan insanları elmə, təhsilə qarşı biganə yanaşmağı aşılayır. Beləliklə də təhsilimizə zərbə vurur.
Mən Molekulyar Biologiya və Biotexnologiyalar institutunda 15.01.2019 tarixində Doktoranturaya qəbulun 1-ci mərhələsində (Biokimya ixtisasından) imtahanda iştirak etdim. Görünən bu idi ki, İmtahan akademik İradə Hüseynovanın şəxsi maraqları əsasında keçirildi. Buna əsasən, mən 16.01.2019 tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik cənab Akif Əlizadəyə məktub yazdım. Akif müəllimdən xahiş etdim ki, imtahan yenidən keçirilsin, imtahan suallarını isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun müəllimləri deyil, Azərbaycan Milli Elmlər Akademiyasının Biokimyaçıları hazırlasın və imtahan Molekulyar Biologiya və Biotexnologiyalar institutunda deyil, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilsin.
01.03.2019 tarixində məktuba cavab gəlib. Həmin məktuba akademik cənab Akif müəllim deyil, Molekulyar Biologiya və Biotexnologiyalar institutundan "cavab" verilib. İmtahan qanunsuz keçirildiyindən yenidən keçirilməsini istəsəm də bu nəzərə alınmadı. Doktoranturaya qəbul imtahanı DİM -ə verilsə institutlarda şəxsi maraqlar da olmaz.
Doktorantura imtahanını Dövlət İmtahan Mərkəzi keçirsin, bütün özbaşınalıqlara son qoyulsun!!!"
Yenixeber.org olaraq qarşı tərəfi də dinləməyə hazırıq.