Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası AÇIQLANDI-Bakıda

 

Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası AÇIQLANDI

Bakıda növbəti tədris ili üçün lisey və gimnaziyalara 1-ci sinfə qəbulun aparılması qaydası açıqlanıb.

Yenixeber.org: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Onun sözlərinə görə, uşaq lisey və gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey və gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey və gimnaziyaya daxil olmuş hesab ediləcək.

İ.Abdullayeva deyib ki, lisey və gimnaziyalara sənəd qəbulu martın 13-dən başlayacaq və elektron qaydada aparılacaq: "Valideynlər elektron ərazilərində yalnız 1 lisey adını qeyd edə bilərlər. Liseyə qəbul olunmayan uşaqların adi ümumtəhsil müəssisəsinə qəbulu üçün yenidən sistemə müraciət edə bilər". (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam