Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Azərbaycanda “Oxu günü” keçiriləcək- Nazirin əmri

Aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur.

Yenixeber.org: Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

AzNews.az xəbər verir ki, əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar “Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək “Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.

“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməs, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur.

Əmrdə həmçinin aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev, Çingiz Abdullayev) məktəblərdə anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlarının verilməsi öz əksini tapıb.

Ölkə Prezidentinin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət “Poeziya günü” təşkil olunacaq. Azərbaycanın tanınmış yazıçıları, ədəbiyyatşünas alimləri ilə görüşlər və xatirə gecələri keçiriləcək.

 

image description

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam