Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tovuz rayon təhsilində "şirinlik" tüğyanı -Video

 

Tovuz rayon təhsilində "şirinlik" tüğyanı - VIDEO

Yenixeber.org: Təhsildəki çatışmazlıqlara şübhəsiz, bəzi rüşvətxor, milli inkişafda pay sahibi olmayan harın və lovğa məmurlar səbəb olurlar. Müasir Azərbaycan təhsilini yarıtmaz əməllərin qurbanına çevirmək cəhdində olan bu məmurların niyyətlərinin nədən ibarət olduğunu bir özləri, bir də Allah bilir, lakin bizim bildiyimiz odur ki, belələri dövlət dəyərlərini, müstəqillik ideyalarını daim aşağılamağa cəhd etməkdə israrlıdırlar. Bu gün heç kim qarant verə bilməz ki, Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynovanın təhsil islahatları günün tələblərinə cavab verir.

Açığı, poçtumuza daxil olan şikayətlər də, öz müşahidələrimiz də sübut edir ki, Tovuz rayonunda təhsil açıq bazara çevrilib, buradakı alış-veriş işini, yəni, təhsil alverini də V.Hüseynovanın Mədinə adlı bacısı öz üzərinə götürüb. Xüsusi istehkam təsiri verən Tovuz təhsili V.Hüseynovanın şəxsi biznesidir. O, başı azacıq qeylü-qala ilişəndə, deyir ki, arxalarında hakimiyyətə yaxın vəzifəli şəxs dayanır, kimsənin onlara gücü çatmaz. Məhz həmin şəxsin havadarlığı altında V.Hüseynovanın özbaşınalığı dözülməz həddə çatıb.
Bu gün Tovuz məktəblərində gerçək islahatçı zəminlər yox səviyyəsindədir; ortada sadəcə V.Hüseynovanın öz şəxsi manevrləri xüsusi rüşvət potensialı kimi diqqət çəkir. Məktəblərdəki hazırlıq prosesləri bilik imkanlarına qəti cavab vermir. İş o yerə çatıb ki, məktəblərin qış hazırlığı valideynlərin üzərinə düşüb. Ərz edirlər ki, Tovuzda təhsilin siyasi arqumentə çevrilməsi prosesi aparılır. V.Hüseynovanı ancaq pul maraqlandırır; təhsilin ölü vəziyyətə düşməsi onu qəti narahat etmir.

Bu gün Tovuz məktəblərində o qədər ciddi nöqsanlar var ki, sadalamaqla qurtarmaz. Məktəbə davamiyyət işi, şagirdlərin bilik səviyyələrindəki uğursuzluq, ixtisaslı kadrların sıxışdırılması, işdən çıxarılması, məktəblərə qeyri-ixtisas sahiblərinin axını, açıq alver, bir sözlə, Tovuz təhsilinin bazar münasibətləri dövlət dəyərlərinə tam ziddir, bu işlərin kökündə də rüşvət, dövlətə niyrət hissləri aşkar bərqərardır. Ağzını açıb bir söz demək istəyənə də V.Hüseynova hədə-qorxu gəlir, heç kimdən çəkinmədiyini ərz etməklə məsələnin üstünü bağlayır.

Deyirlər ki, Tovuz məktəblərində ümumilikdə 800 müəllim işdən çıxarılıb. Bu, heç də balaca rəqəm deyil və maraqlıdır ki, V.Hüseynova bu müəllimlərin yerinə kimləri işə götürüb. Təsəvvür edirsinizmi 800 müəllimdən alınmış rüşvət neçə sandıq edir?! Bu qədər pulla hər kim olsa, ağzına gələni danışar, kimsədən qorxmadığını deyər.

Bir yandan da, V.Hüseynovanı niyə qınayaq ki. O, vəzifədə qalmaq üçün yuxarılara külli-miqdarda pul verir, havadarlarına görüm-baxım edir. Tovuz təhsili onun şəxsi malı deyil ki, təki cibləri dolu olsun. Vəziyyəti onsuz da dövlət öz üzərinə götürür. Deyirlər ki, V.Hüsynova köhnə işlərdən yeni hoqqalar çıxarmağın ustasıdır. Onun Tovuz təhsilini gerilətmə faktları, məktəblərdə milli hissi minimuma endirmək cəhdləri yeni hoqqalarının bir «örnəyidir». Sözsüz, bu cür ifadələrdən sonra düşünə bilərsiniz ki, biz şöbə müdirinə xox gəlirik, əsla, məqsədimiz haqqın hansı rəngdə olduğunu haqsızlıq odunda çabalayan ona göstərməkdir.

Xülasə, V.Hüseynovanın çirkin əməlləri bitmək fikrində deyil. Tovuzun milli təhsilinə qənim kəsilən bu şəxs bu acınacaqlı hala necə dözür, bax, biz bunu araşdırırıq.

Sakinlər deyirlər ki, V.Hüseynovanın ən böyük günahı odur ki, haram işlərə aludədir, bizi - haqqı eşitmir. Ancaq nə vaxtadək?
Son günlər də Tovuz təhsilində bir sıra ciddi, biyabırçı, tük ürpədən qanun pozuntularına yol verilib. Aidiyyatı orqanlar bu neqativ hallara məhəl qoymasa da, bu, bizim diqqətimizdən yayınmır. Bizə hələ də qaranlıq qalır: görəsən, bu boyda hay-küydən sonra Təhsil naziri nə üçün V.Hüseynovanı hələ də vəzifədə saxlayır. Axı o, təhsilə də, dövlətə də yükdür.

Araşdırmamız davam edir,ardi var...
Vüsal Elgün
("zamantv.az")


Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam