Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

UNEC-DƏ "SOĞAN ƏMƏLİYYATI"-Fakt

 

image here

Yenixeber.org: Universitetdə çalışan ahıl professorlardan birinin saytımıza verdiyi məlumata görə, rəhbərlik bu günlərdə müəllimlərə soğan payladıb. Yəni, hər bir professor və müəllimə bir soğan kisəsi hədiyyə edilib... Və professor bizdən soruşur: "Atalarımızın inancına görə soğan acılıq deməkdir. Biz ha fikirləşdik, tapa bilmədik ki, hörmətli rektor Ədalət müəllimin bu addımı nə məna daşıyır... Bəlkə siz biləsiniz...".
Burada iki məna ola bilər: son vaxtlar, daha doğrusu ötən ayın sonunda Təhsil Nazirliyinin əmri ilə uzun illərdir burada istədiyini diqtə edən prorektor Damət Bağırov gözlənilməz şəraitdə tutduğu vəzifəsindən çıxarıldı. Bu günədək bu əmrin nədən qaynaqlandığı müəmma olaraq qalır. Hətta onu burada sıravi müəllim kimi də saxlamadılar. Bu hamıya acı təsir bağışlamışdı... Soğan bu acılığın təzahürü kimidir...
İkincisi, UNEC-də məhz Damət Bağırovun redaktəsi ilə "Differensial" əmək haqqı sistemi tətbiq edilməkdədir və 100-yə düşən müəllimlərə yüksək maaş verilir... Görünür, bu addım yerdə qalan, yəni 100-yə düşməyən müəllimlərə pis təsir etdiyindən, onların narazılığına soğan acılığı bir cavabdır. Yəni, danışın ha, acı-acı (ac-ac) qalın ha...
Başqa bir versiya isə ondadır ki, soğan bədəndə olan virusu öldürən ən güclü təsirə malik qida məhsuludur. Qarşıdan qış gəlir və UNEC-də qripə tutulma risqinin azaldılması məqsədilə belə bir addım atılmışdır...
Daha bir maraqlı versiya da var, amma bu hüquq mühafizə orqanı əməkdaşlarının kurasiyasına aiddir...
Mövzuya qayıdılacaq.
P.S.Soğan ala bilməyən müəllimlərə məsləhət görürük ki, səbrli olsunlar... Çünki atalarımız həm də deyib ki, "Soğan yeməmisənsə, bəs için niyə göynəyir???". O söz...
Pravdainfo.org

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam