Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu, ali məktəblərdə ciddi dəyişikliklərə səbəb olacaq- Ekspert

 

Bu, ali məktəblərdə ciddi dəyişikliklərə səbəb olacaq - Ekspert

Azərbaycanda ali məktəblərə rektorlar 5 ildən bir təyin ediləcək. Bu barədə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilib.

Yenixeber.org: Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunur.

Prezidentin Fərmanını şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, rektorların müddətsiz təyin edilməsi ali məktəblərin müasir çağırışlara cavab verməməsinə səbəb olur.

“2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında“ qanun çərçivə qanun olduğundan burada bir çox məsələlər öz əksini tapmayıb. Ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər qanunda göstərilməyib. Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hər hansı bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 il Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar. Hazırda da bu vəzifəni uzun müddət tutanlar var. Belə ki, Siyavuş Kərimi 18 ildir ki, Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhəd Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Havar Məmmədov 20 ildir ki, ali təhsil müəssisələrində rektor kimi çalışır. Əlbəttə ki, elmi tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu illər elmdə kiçik vaxt hesab oluna bilər. Amma rektorlar elmi tədqiqat işləri ilə məşğul olmurlar. Onlar ali təhsil müəssisəsini idarə edirlər. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bu da rektorların müddətsiz fəaliyyət göstərməsi ilə bağlıdır”.

Ekspert bildirib ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək.

“Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. Prezident tərəfindən təhsil haqqında qanuna edilən əlavə çox böyük yenilikdir və ciddi dəyişikliyə səbəb ola bilər. Bu həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq. Rektor menecer olmalıdır, yenilikçi olmalıdır, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidir”.

K.Əsədov rektorların vəzifəyə gətirilməsində bəzi dəyişikliklərin edilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi qaydası da dəyişsin. Bunun üçün 2 metod var. Biri demokratik, digəri administrativ. Bununla yanaşı, ortaq üsul da tətbiq edilə bilər ki, biz hər zaman buna üstünlük vermişik. Kollektiv üç nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman üç nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyin etmə var. Dünyanın bir çox ölkələrində rektorları iki dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bu üsulların hamısının üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Adminstrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirmək əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəalliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər.

Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Bunun üçün universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Bizdə seçki yolu ilə rektor vəzifə tutsa, o qədər də effektiv olmayacaq. Azərbaycanda bu sahədə çox işlər görülməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam