Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dövlət universitetləri tamamilə pulsuz olmalıdır”- Ekspert

    

“Dövlət universitetləri tamamilə pulsuz olmalıdır” - Ekspert
Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov ödənişsiz təhsil alanların sayının azaldığını deyib. Nazir bunun qarşısını almaq üçün 2019-cü ilin büdcə layihəsində ayrılacaq vəsaitin artıralacağını qeyd edib.
Yenixeber.org: S.Şərifov, həmçinin təhsil kreditləri barədə danışıb və bunun qaytarılması ilə bağlı bəzi məsələlərin həll edilmədiyini qeyd edib: "Təhsil krediti alanların həmin krediti qaytarması sual altındadır. Problem bundadır. Ona görə də bizim bank təşkilatlarımız bu riski öz üzərilərinə götürmək istəmirlər. Buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, kreditlər qaytarılmayacaq”. 

Təhsil eksperti Kamran Əsədov qeyd olunan məsələlərə münasibət bildirib. O, Azvision.az-a açıqlamasında deyib ki, ödənişsiz təhsillə bağlı plan yerləri artırılsa da, bu, ciddi şəkildə olmayacaq. Həmçinin qərar daha ciddi fəsadlar yarada bilər. 

“Məsələn, bu il ümumilikdə 45 min plan yeri ayrılmışdı, onun 32 mini ödənişli, 13 mini ödənişsiz idi. Hətta çox sayda yer boş qaldı. Düşünürəm ki, ödənişsiz yerləri artırmaqdansa, təhsil haqları aşağı salınsın. Çünki hazırda universitetlərdə olan təhsil haqları hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir. Universitetlərin plan yerlərini və təhsil haqlarını Təhsil Nazirliyi müəyyən etmir. Təkliflər universitetlərdən gəlir və Nazirlər Kabineti təsdiq, Dövlət İmtahan Mərkəzi isə elan edir. Əslində dövlət ali təhsil müəssisələrində təhsil tamamilə pulsuz və ya cüzi ödənişlə olmalıdır. Hazırda 4 universitet publik hüquqi şəxsdir. Buna baxmayaraq, onlara dövlət büdcəsindən ciddi məbləğdə pul ayrılıb”. 



Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin oxuduğunu K.Əsədov bildirib ki, onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. 

“Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Maliyyə naziri Samir Şərifovun təhsil kreditlərinə qarşı çıxması düzgün yanaşma deyil. Nazir deyir ki, onlar ödəmək istəmirlər. Birincisi, Maliyyə Nazirliyionların ödəmə imkanı olmadığı üçün konkret iş yerlərinin açılmasını təklif verməlidir. Tələbələrə kreditlərin verilməməsi konstitusiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. ABŞ-da da tələbələr verilən kreditləri ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, “mən o kredit verdiyimi işlə təmin edə bilməmişəm”. 

Təhsil eksperti bu gün “Maarifçi” Kredit Fondu tərəfindən tələbələrə verilən kreditlərin az olduğunu qeyd edib: “Statistikaya əsasən, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1 və ya 2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina edib. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə ciddi güzəştlər edilir. Kredit verilməsi məsələsinə yaxşı baxılmırsa, o zaman Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam