Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

BDU-nun 95 illiyi qeyd edildi

 

Bakı Dövlət Universitetində 17 fakültə, 127 kafedra, müasir texniki avadanlıqla təmin olunan 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq hazırda ali məktəbdə təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dilində aparılır.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri universitetin rektoru Abel Məhərrəmov BDU-nun 95 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, tələbələrin təlim-tərbiyəsi ilə 4 minə yaxın əməkdaş, 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur ki, onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri millət vəkili, 300 nəfərə qədəri elmlər doktor, professor, 1000 nəfərə qədəri isə fəlsəfə doktoru və dosentdir.

 

“Universitetdə xarici ölkələrdən minə yaxın tələbə təhsil alır. Bu ildən BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə 12 ixtisası əhatə edən SABAH qrupları fəaliyyət göstərir. Son 5 ildə prezident tərəfindən BDU-nun 4 min tələbəsinin təhsil aldığı yeni tədris binası, 800 əməkdaş üçün 3 yeni yaşayış binası, tədris, təcrübə, istirahət mərkəzi tikilib, istifadəyə verilib”.

 

Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov, AMEA prezidenti Akif Əlizadə və digər yerli, xarici qonaqlar çıxış edib, universitetin  95 ildə əldə etdiyi uğurlardan danışıb.

 

Qeyd edək ki, universitet 1 sentyabr 1919-cu ildə təsis edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili Razumovski olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam