Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Məktəblərdə qiymətlər 100 bal üzrə hesablanacaq

 

 
Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəyişib. Bundan sonra şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Vətəndaş məmnuniyyətini artırmağa, şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də vaxtına qənaət və həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklər.
 “Yenixeber.org: "Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, du dəyişiklikləri nəzərdə tutan yeni qaydalar Təhsil Nazirliyində işlənib hazırlanıb. Tezliklə təsdiq edilməsi gözlənilən yeni qaydalar məktəblərə təklif ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun sözlərinə görə, əsas dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyət verilib:

“Bilirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib. Hesab edirik ki, şagird gündəliklərində onların formativ qiymətləri öz əksini tapmalıdır”.

V.Bağırov qeyd edib ki, qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək. “Bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanacaq. Ancaq valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi “2”, “3”, “5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal “2”, 30-60 bal “3”, 60-80 bal “4” və 80-100 bal isə “5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam