Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Summativ qiymətləndirmə ləğv olunur-I sinifdə

 

 

“İbtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulmayıb.

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırov deyib.

Onun sözlərinə görə, bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub: “Bu da o deməkdir ki, hər birinci sinif şagirdi il əzində 72 summativ qiymətləndirmə yükündən azad olunub. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklər nəzərdə tutulub. II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, böyük summativ qiymətlərinin sayında kifayət qədər azalmalar var: "Yeni yanaşmalarda ümumi təhsil pilləsi hər səviyyənin sonunda bütün fənlərdən BSQ nəzərdə tutulur. Yəni ibtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə BSQ keçiriləcək. Hər şagird bir il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunur. Yeni sənəd təsdiq olunma mərhələsindədir. Əgər təkliflər qüvvəyə minəcəksə, bundan sonra qərarın nə zaman tədbiq olunması məlum olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam