Prezident məktəblərə baş çəkdi - Yenilənib (FOTOLAR)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Yenixeber.org: Məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var.
Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Diqqətə çatdırıldı ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb.
Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Zəngin təbii sərvətləri olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir. Ölkə başçısı eyni zamanda Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd olundu ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər.
Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Lisey müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hərbi hazırlıq kabineti yaradılıb.
Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilə olan diqqət və qayğısının bariz nəticəsidir ki, son illər ərzində respublikamızın hər yerində olduğu kimi, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da təhsil müəssisələrinin əsaslı təmiri və təchizatı diqqət mərkəzində saxlanılıb.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda bir yeni məktəb və uşaq bağçası inşa olunub, iki orta məktəb və bir musiqi məktəbinin binası sökülərək yenidən tikilib, 5 orta məktəb üçün əlavə tədris korpusları inşa edilib. Ümumilikdə, digər orta və məktəbəqədər təhsil müəssisələrində də əsaslı təmir işləri aparılıb. Lisey binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə yeni tədris ilində uğurlar arzuladı.