Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İcazəsiz reklam SMS-ləri göndərən şirkətlər cəzalandırılacaq”

 

Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək. 

"Xeberinfo.com":  “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.
“Aparılan araşdırmalar göstərir ki, istehlakçıların mobil nömrələrinə gələn SMS-lər üç qrupa aiddir. Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Yaxın vaxtlarda bunların qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək”, – deyə Z. İsayev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam