Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bağça müəllimləri məcburi tibbi müayinədən keçəcək

 

 

Adil Qeybulla: “İctimai iaşə müəssisələrində çalışanlar da məcburi müayinədən keçməlidir”

 

Yenixeber.org: Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması, infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.

Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq. Həmçinin müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkarlanan şəxslər işə götürülməyəcək. Müayinədən keçəcək şəxslərin siyahısı işə götürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir.  Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.

Qeyd edək ki, müəllimlərin tibbi müayinədən keçməsi sovet dövründə də vardı. Bir sıra təhsil ekspertləri müəllimlərin ildə bir dəfə deyil, həm işə götürülərkən, həm də sonrakı dövrlərdə tibbi müayinədən keçməsinin vacib olduğunu bildirirlər. Yalnız müəllimlər deyil, eyni zamanda yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, hotellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar da tez-tez tibbi müayinədən keçməli və çalışdıqları müəssisəyə sağlıq durumlarında hansısa problemin olmadığına dair həkim arayışı təqdim etməlidirlər. Ancaq təəssüflər olsun ki, buna hazırda elə də əhəmiyyət verilmir və kifayət qədər yoluxucu xəstəlik daşıyıcısı olan insanlar var ki, bu sahələrdə çalışırlar.

Təsadüfi deyil ki, bu günlərdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bir çox iaşə obyektlərində, restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin işlədiyini və onlara nəzarət edilmədiyini bildirərək həyəcan siqnalı çalıb: “Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. Lakin bu gün bu, unudulub. Vərəm xəstələrinə nəzarət itib”.

lmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ile ilgili görsel sonucu

Oxşar mövzu Milli Məclisin Səhiyyə komitəsinin iclasında da gündəmə gəlib. Komitənin iclasında Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova son bir neçə ildə vərəmə yoluxan uşaqların sayında artım olduğunu deyib. H.Qədirova vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında həm həkimləri, həm də xəstələrin ailələrini günahlandırıb. Həkimin sözlərinə görə, vərəm xəstələrinin müalicəsinin kor-koranə aparılması sonradan daha ciddi fəsadlar yaradır. Əgər ictimai iaşə obyektlərində, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri çalışırsa, vərəmə yoluxan uşaqların sayında gün keçdikcə artım olmasına təəccüblənməməliyik.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla yalnız bağça müəllimlərinin deyil, uşaqla təmasda olan bütün müəllimlərin mütəmadi olaraq tibbi müayinədən keçməsinin vacib olduğunu bildirdi: “Nəinki uşaqlarla təmasda olanlar, ümumiyyətlə, bütün ictimai iaşə müəssisələrində çalışan, insanların kütləvi toplaşdığı yerlərlə təmasda olan şəxslərin hər biri məcburi olaraq tibbi müayinədən keçməlidir. Sovet dövründə də bu belə idi. İctimai iaşə obyektlərində, uşaq bağçasında, məktəbdə çalışan şəxslər tibbi müayinədən keçir, sağlamlıq haqqında arayış alırdılar. Yalnız bu arayış təqdim edildikdən sonra bu şəxslərə çalışmağa icazə verilirdi”.

A.Qeybulla müəllimlərin sağlıq durumlarını yoxlayan və onlara sağlamlıq haqqında arayış verən həkimin, tibb müəssisəsinin buna görə məsuliyyət daşıdığını dedi: “Hansısa şəxsə sağlamlıq haqqında verilən arayışın altında konkret olaraq həkimin imzası, tibb müəssisəsinin möhürü olur. Əgər kiməsə saxta arayış verilərsə, buna görə həmin tibb müəssisəsi də, həkim də məsuliyyət daşıyır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam