Sumqayıt təhsilində qalmaqal:Müəllim kollektivindən nazirliyə etiraz
Sumqayıt şəhərindən bir qurup müəllim kollektivi yenidən Təhsil Nazirliyinə etiraz etdi. Xeberinfo.com: Buna səbəb Təhsil Şöbəsinin müdiri işləmiş Ruhiyyə Tağıyevanı Sumqayıt şəhər 11 saylı orta məktəbinə direktor təyinatı göstərilir.
Bu barədə dosye.az-a məlumat verən mənbə vurğulayır ki, bir müddət Sumqayıt ŞTŞ-nin müdir vəzifəsində çalışmış və işlədiyi dövürdən böyük qanun pozuntusuna yol verən R. Tağıyeva, nazirliyin əmri əsasında Sumqayıt şəhər 11 saylı orta məktəbə direktor təyin edilib. Mətbuatda zaman-zaman haqqında tənqidi məqalələr yazılmağı və digər olaylar R. Tağıyevanın sözünhəqiqi mənasında iş bacarığını sübüt etdi. Maraqlısı budur ki, hal-hazırda Sumqayıt şəhər Prokurorluğunda R. Tağıyevanın yol verdiyi ciddi nöqsanları araşdırıldığı bir zaman onu şəhərin bir nömürəli məktəbə direktor təyin edlməsi olduqca maraqlıdır.
Elə bunun nəticəsidir ki, 11 saylı məktəbin müəllim və texniki işçiləri Sumqayıt şəhər icra hakimiyyətinə qəti etirazlarını bildirib. Məlumatda daha sonra bildirilir ki, 200-ə yaxın işçi quvvəsi olan məktəbin kollektivi, Ruhiyyə Tağıyevanın başçılığı altında işləməkdən umtina edir. Əldə etdiyimiz dəqiq məlumatlara görə, icra hakimiyyətindən müəllimlərə bildirilib ki, R. Tağıyevanın təyinatı birbaşa Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilib. Lakin məsələnin ciddiliyi nazirliyi fikrindən daşındırmağı istisna etmir. Ən azından məktəbin müəllim kollektivi R. Tağıyeva ilə işləmək istəmir.
Dosye.az olaraq bir daha məsələ ilə bağlı araşdırmalara üstünlük verdik. Belə ki, internet saytlarında R. Tağıyeva haqqında xöşagəlməz informasiyalar faktlara əsaslanaraq yayımlanır. Məhz ötən yazılarımızda qeyd etmişdik ki, hələ təhsil şöbəsində işlədiyi dövürdə bir qurup müəllim kollektivini üsyana sürükləyir. Fakt odur ki, dosye.az-da yayımlanan məlumat öz təsdiqini tapdı. Təhsil Nazirliyinin qarşısında aksiya bird aha sübüt etdi ki, Sumqayıt təhsili son günlər ən açınacaqlı günlərini yaşayır. Belə bir gündə şəhərin reytinqli məktəbi qalmaqallarla gündəmi zəbt edən şəxsə həvalə edilir.
Nəzərinizə çatdıraq ki, 11 saylı məktəbin müəllim kollektivi və valideyinlər Təhsil Nazirliyindən Şəhla müəlliməni əməyinə qiymət verilmısini tələb edirlər. Müəllimlərin dediyinə görə, Şəhla müəllimə məktəbdə elə bir kollektiv formalaşdırıb ki, bu da təhsilimizə xeyir verəcək amillərdəndir. Əfsüslər olsun ki, təhsilimizə öz töfsiyələrini verə biləcək müəllimlər arxa plana atılır. Əminliklə deyə bilərik ki, bu cür neqativ hallar təhsilimizə və gələcəyimizə ən ağır zərbə kimi hesablanır. Çox istərdik ki, Təhsil Naziri Mikayıl Cabbarov məsələni şəxsi nəzarətə götürsün.
Araşdırmalar davam edir...
QEYD: Əldə etdiyimiz son məlumatlara görə, Şəhla müəllimə direktor olmaq üçün imtahan verməlidir. Təbii ki. Bu alqışalayiq haldır. Amma sual yarana bilər. Qalmaqallarla təhsilimizə ən ağır zərbə vuran Ruhiyyə Tağıyeva imtahan verdimi????