Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” və AzTU rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi-FOTOLAR

  

Sərfəli xidmətləri və davamlı sosial layihələri ilə tanınan mobil operator “Nar” tərəfdaşlıq etdiyi Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə peşəkar kadr hazırlığı istiqamətində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Yenixeber.org: “Nar”ın baş icraçı direktoru Özgür Genc və AzTU rektoru professor Vilayət Vəliyevin iştirakı ilə keçirilən görüşdə 10 ildən artıq davam edən tərəfdaşlığın tələbələrin gələcək karyerası üçün önəmi vurğulandı. Görüşdən sonra Özgür Genc universitetin nəzdində tələbələr üçün təşkil olunmuş “Nar” laboratoriyana baxış keçirdi. Mobil rabitə cihazları ilə təchiz olunmuş bu laboratoriya tələbələrə lokal mobil şəbəkə yaratmağa və mobil rabitənin iş prinsiplərini təcrübədə öyrənməyə imkan verir.

Texniki təminatdan başqa, “Nar” AzTU tələbələrinin nəzəri biliklərinin də artırılması üçün mütəmadi olaraq təlimlər təşkil edir. Bu təlimlər texniki ixtisaslar üzrə təhsil alan tələbələrə əmək bazarının bugünkü tələbləri barədə məlumat verir və onları gələcək iş həyatına hazırlayır.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Narson 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 








 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam