Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?" -DETALLAR

​"Siyasi arenada Ramiz Mehdiyev erası çoxdan qapansa da, onun kadr siyasətinin acı qalıqları hələ də Heydər Əliyev adına Liseyin dəhlizlərində 'at oynadır'. Direktor Sevinc Orucovanın müəllimləri şərləməsi, işçiləri qul kimi sömürməsi və mənəvi terror tətbiq etməsi təkcə bir idarəçilik qüsuru deyil, həm də dövlətin apardığı islahatlara qarşı açıq-aşkar bir sabotajdır..."
Yenixeber.org: ​Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Heydər Əliyev adına Lisey bu gün nailiyyətləri ilə deyil, rəhbərliyin "quldarlıq dövrünü" xatırladan idarəetmə metodları ilə gündəmdədir. Direktor Sevinc Orucovanın adı ətrafında gəzən iddialar artıq sadə bir narazılıq çərçivəsini çoxdan aşıb. Müəllimlərin kölə kimi istismarı, şər-böhtan kampaniyaları və özbaşına işə götürmə-çıxarma prosesləri bir təhsil müəssisəsinin deyil, sanki orta əsr feodalının davranışlarını xatırladır.
​İctimaiyyəti ən çox düşündürən sual budur: Ramiz Mehdiyevin ailə üzvlərinin bir-bir vəzifədən uzaqlaşdırıldığı, özünün siyasi arenadan silindiyi bir dövrdə, onun yaxın çevrəsinə daxil olan bir şəxs necə olur ki, hələ də öz "krallığını" qoruyub saxlaya bilir?
​Anasının dövründəki idarəçilik metodlarını miras alan Sevinc Orucovanın bu cəsarəti haradan aldığı müəmmalıdır.
​Dövlət qurumlarında təmizlənmə getdiyi bir vaxtda, lisey daxilindəki bu "dərəbəylik" niyə görməzdən gəlinir?
​Təhsilin sütunu müəllimdir. Lakin Sevinc Orucovanın rəhbərliyi altında müəllimlər pedaqoq kimi deyil, sanki direktorun şəxsi iradəsinin icraçıları kimi qəbul edilir. Sosial şəbəkələrdə yayılan saysız-hesabsız şikayətlər göstərir ki, liseydə mənəvi zorakılıq və təzyiq adi bir hala çevrilib. Bir təhsil müəssisəsində qorxu mühitinin olması, orada sağlam nəslin yetişməsini qeyri-mümkün edir.
​Hər kəsin işdən çıxarıldığı, islahatların aparıldığı bir dönəmdə Sevinc Orucovanı "toxunulmaz" edən hansı gizli gücdür? Elm və Təhsil Nazirliyi bu qədər şikayətə, sosial mediadakı haraylara niyə səssiz qalır?

​"Bir müəllimin şərəf və ləyaqətinin tapdandığı yerdə, təhsilin keyfiyyətindən danışmaq xalqı aldatmaqdır."

​Bu vəziyyət artıq sadəcə bir məktəb problemi deyil, sistemin daxilindəki köhnə qalıqların təmizlənməsi imtahanıdır. Heydər Əliyev adına Lisey kiminsə şəxsi mülkü və ya qisas meydanı deyil, dövlətin gələcəyini hazırlayan strateji bir obyektdir. Bu dərəbəyliyə son qoyulması artıq zamanın tələbidir.(tehsil.media)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam