Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin ixtisası təhsil sahəsinə uyğun deyil – Diplom sosial şəbəkələrdə yayılıb

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin təhsil sənədi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 2009–2013-cü illər ərzində Azərbaycan Texnologiya Universitetində ali təhsil almış Mənsimlinin diplomuna əsasən, o, “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə bakalavriat təhsili alıb. Bu ixtisas nə "idarəetmə", nə də "təhsil" sahəsinə aiddir.

Yenixeber.org: Qeyd olunur ki, Sənan Mənsimli 1987-ci ildə Biləsuvarda anadan olub. Təhsil idarəçiliyindəki karyerasına maliyyə sahəsindən başlayan Mənsimli, bir müddət Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin edilib. Hazırda isə Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik edir.
Sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlara görə, Sənan Mənsimli təhsil naziri Emin Əmrullayevin yaxın ətrafına aiddir və onun dəstəyi ilə bu vəzifəyə gətirildiyi iddia olunur.
Bu təyinat isə cəmiyyətin bir hissəsində narazılıq yaradıb. Təhsil sahəsinin strateji əhəmiyyət daşıdığı bir vaxtda, bu sahədə peşəkar olmayan şəxslərin yüksək vəzifələrə təyin olunması suallar doğurur. Yəqin edir ki Emin Əmrullayev bununla bağlı açıqlama verməkdən boyun qaçırmayacaqdır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(Bakunews.az)

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin ixtisası təhsil sahəsinə uyğun deyil –



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam