Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

281 saylı məktəbdə ilginc hadisələr:Beynəlxalq Müəllimlər Günü ilə bağlı direktora pul verirlər?

media-99

281 saylı məktəbdə ilgnc hadisələr – Müəllimlər Beynəlxalq Müəllimlər Günü ilə bağlı direktora pul verirlər

Yenixeber.org: Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır

5 oktyabr Müəllimlər Günü münasibətilə paytaxtda yerləşən məktəblərdə şagirdlərdən pul yığılması artıq adi hala çevrilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Müəllimlər Günü münasibətilə pul yığılmasını qadağan etməsinə baxmayaraq, paytaxt məktəblərində valideyn komitələri tərəfindən pul yığılması davam edir.

Əldə etdiyimiz məlumata görə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 281 saylı tam-orta məktəbdə Müəllimlər Günü münasibətilə valideynlərlə bərabər həmdə müəllimlərdən pul yığılır.  Belə ki, məktəb müəllimləri 50 manat, rəhbər şəxslər isə 100 manat direktora pul verirlər. Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, müəllimlər bir-bir direktor Dadaş Əliyevin otağına gələrək, pulu katibə tərəfindən stolun üstünə qoyulmuş dəftərin arasına qoyaraq adlarını yazırlar.
Hazırda 281 saylı orta məktəbdə 160 müəllim çalışır. Onların 10 nəfəri rəhbərlikdə təmsil olunur. Bu isə o deməkdir ki, direktor Dadaş Əliyev müəllim heyyətindən ümumilikdə 8500 manat pul yığacaq.
Bildirilir ki, 281 saylı orta məktəbdə direktor üçün müəllimlərdən pul yığılması təkcə Müəllimlər Günü ilə bitmir. Bu həmdə 8 mart Beynəlxaql Qadınlar Bayramına aiddir. Belə ki, hər il 8 mart Beynəlxalq Qadınlar Bayramı günü məktəb müəllimləri, eyni Müəllimlər Günündə olduğu kimi Dadaş Əliyevə 50 manat pul verirlər. Bu ənənənin 281 saylı məktəbdə 2020-ci ildən başladığı bildirilir.
Qeyd edək ki, Dadaş Əliyev 2018-ci ildən 281 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edir.

Məsələ ilə bağlı 281 saylı  orta məktəbdən münasibət öyrənmək mümknü olmadı.(xalq.online)

Dadaş Əliyevində fikirlərini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam