Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar...
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür.
Yenixeber.org: Bu gün uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarı təhsil sektorunun müdiri Mədəd Zeynalovdur.
Mediaxeberleri.az xəbər verir ki, Ağstafa rayonu üzrə bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır
Araşdırılma zamanı müəyyən olunmuşdur ki, bağçalarda ərzaq və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müvafiq anbarlar mövcud deyil, məhsullar saxlanılması qadağan olunmuş yerlərdə mal qonşuluğu və temperatur rejiminə riayət olunmadan saxlanılır.
Bundan başqa bağçalarda 10 günlük və 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur, o cümlədən tibb işçisi xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında qeydlər aparmadan və müayinə üçün nümunələr götürmədən uşaqlara paylanılmasına icazə verir. Həmçinin araşdırmalar zamanı xammaların gigiyenik və uyğunluq sertifikatları olmadığı güman edilir.
2017-ci ildə qəbul edilmiş “Məktəbə qədər təhsil haqqında” qanun layihəsində tələb kimi qoyulub ki, uşaq baxçalarına rəhbərlik edən şəxslər ilk növbədə bu sahədə ali təhsilli olmalıdırlar. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslı kadr olmalıdır. Bu proses işə qəbul zamanı, fəaliyyət zamanı qeydə alınmır.
Bu gün uşaq baxçalarına qəbul zamanı ciddi nöqsanlar var. Bunun aradan qaldırılması üçün elektron resurs olmalıdır. Şəffaflığın həyata keçirilməsi üçün ilk növbədə həmin baxçanın yerləşdiyi mikroərazidə yaşayanların qəbulu üçün elektron sistem olmalıdır. Təəssüf ki, bu pilot layihə olaraq, həyata keçirilir. Gələcəkdə də bütün məktəbə qədər hazırlıq yerlərində də tətbiq edilməlidir. Bu, olduqca uğurlu addımdır. Hesab edilir ki, təkcə şəffaflığı yox, eyni zamanda həmin müəssisələrin keyfiyyətinin artırılmasına imkan verəcək”.
Növbəti yazımızda “Əssasız pul tələbləri barədə” - Bu sahədəki korrupsiyalarla bağlı “gizlinlər” haqqında geniş yazımız olacaq...