Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? -İLGİNC



Bakı şəhər Suraxanı rayonunda fəaliyyət göstərən 323  saylı uşaq bağçası-körpələr evindən şikayət var.


Yenixeber.org: İddia olunur ki, baxçada hər uşağa görə 30 manat pul yığılır. 20 manat baxça direktoruna 10  manat isə  müəllimələr hər ay pul yığır.


Pul yığımı bütün qruplarda həyata keçirilir. Lakin Elnarə adlı müəllimə valideynlər pulu gecikdirdiyi halda uşaqlara qarşı sərt cəza tətbiq edir.   “Bağçada hər uşağa görə aylıq 30  manat pul yığılsada üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur.

Hər səhər uşaqlara müxtəlif növ bulkalar və şirniyyat alınır, Baxçanın hazırladığı yeməklər heç də  uşaqlara xoş gəlmir,əksər uşaqlar da bunu yemir. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir.  Mətbəxə baxmağa belə valideynin icazəsi yoxdur deyə şikayətdə bildirilir.


323  saylı uşaq bağçası-körpələr evininin direktoru Məhsəti xanım isə bu prosesi  müəllimələr “hörmət” edin deyə pul yığımını həyata keçirir.


Aylıq ödənişlər isə hər qrupda müəllimələrin kartına atılması ilə həyata keçirilir.

Valideynlər onu da bildiriblər ki, dəfələrlə bağçanın müdirəsi  Məhsəti xanıma  və tərbiyəçilərə müraciət edilsə də, uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Bundan başqa, şikayətçilər bağçadakı təmizlikdən də narazıdırlar. Onların sözlərinə görə, otaqlar səhər uşaqlar bağçaya gələndən sonra təmizlənməyə başlanılır və içəri toz olur

Məsəslə ilə bağlı baxçadan heç bir açıqlama almaq mümkün olmadı.(Xalq)

Yazıda adları keçənlərində münasibətini dərc etməyə hazırırq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam