Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Göyçayın Çərəkə kənd məktəbinin tualeti belə yoxdur... -FOTOLAR

etn-çereke

 

Göyçay rayonu, Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən Yenixeber.org-un elektron poçtuna məktub ünvanlanıb.
Məktubda deyilir:
Göyçay rayonunun Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbinin bərbad vəziyyətdə olması kənd ictimaiyyətində ciddi narahatlıq doğurur. Uzun illərdir bu təhsil ocağının əsaslı şəkildə təmir olunacağına dair vədlər verilsə də, hələ də real nəticə yoxdur.
Hazırda məktəbdə yalnız dam örtüyünün dəyişdirilməsi ilə məhdudlaşan kosmetik işlər aparılır. Halbuki məktəbin sinif otaqları, pəncərələri və ümumi infrastrukturu tamamilə yararsız vəziyyətdədir. Qış aylarında siniflərdə istilik sistemi olmadığından şagirdlər soyuqdan əziyyət çəkir, yaz və yay aylarında isə siçovul və kərtənkələ kimi zərərvericilərin məktəbdə rahat şəkildə dolaşması uşaqlar üçün təhlükəli və narahat mühit yaradır.
Daha acınacaqlı vəziyyət isə məktəbdə sanitar qovşağın tualetin ümumiyyətlə mövcud olmamasıdır. Şagirdlər məcbur qalıb təbii ehtiyaclarını həyətdə, kolluq sahələrdə ödəməli olurlar. Bu hal nə gigiyena, nə də insan ləyaqəti baxımından qəbulediləndir və uşaqların psixoloji və fiziki sağlamlığı üçün ciddi təhlükə yaradır.
Kənd sakinləri və valideynlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də öz həllini tapmayıb. Təhsil Nazirliyi, rayon icra hakimiyyəti və digər səlahiyyətli qurumlardan xahiş olunur ki, bu biabırçı vəziyyətə dərhal son verilsin və Çərəkə kənd məktəbinin əsaslı təmiri təmin olunsun. Şəhidin adını daşıyan bu məktəbin bu cür vəziyyətdə saxlanılması həm də şəhid ailələrinə və milli dəyərlərə hörmətsizlikdir.






P.S. Çox güman ki, bu tikinti  Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması məqsədi ilə keçirilən tenderlərdən biridir. Çərəkə kənd sakininin təqdim etdiyi fotolardan da göründüyü kimi məktəbdə təmir işləri kosmetik xarakteri daşıyır. Bu təkcə Çərəkə kəndinə aid deyil, Respublika ərazisində təmir olunan bütün təhsil müəssisələrində də eyni qaydadır. Podratçı şirkətin hansı olduğu da bəlli deyil. Məktəbin təmirinə ayrılan vəsait də bəlli deyil. 
Yenixeber.org olaraq maraqlı tərəflərin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam