Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…

Azərbaycan Dövlət Aqrar Universitetinində (ADAU) baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şok faktlar daxil olub.
Yenixeber.org: Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbənin saytımıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Bu məlumatları özümə borc bildiyim üçün sizlərlə paylaşıram. Bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetinində rektorun müşaviri vəzifəsində çalışan Bəxtiyar Nəsibovun adı 5 ildir universitetdə getsə də, hazırda Bakı şəhərində yaşayır. Öz işi ilə əlaqədar Gəncəyə gəldikdə isə ezamiyyəsi tərsinə yazılır.
Diqqətinizə çatdırım ki, bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinində aparılan maliyyə yoxlaması ciddi qanun pozuntularını ortaya çıxarsa da, ört-basdır etməyə çalışırlar.
Onu da qeyd edim ki, Bəxtiyar Nəsibov Gürcüstan vətəndaşıdır. O, “əvəzsiz kadrmış” kimi hər il Miqrasiya Xidmətindən iş icazəsi alır.
Universitetin Baş mühasibi Safura Bəşirova 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına kimi - altı aydan çox müddətdə ölkə xaricində yaşayıb. Hətta o, həmin müddət ərzində İsrail vətəndaşlığı alıb. Maraqlıdır ki, bu xanımın xəstəlik vərəqəsi, məzuniyyət və icazə hüquqi olmadan xaricə getmişdir. Ona məzuniyyət kompensasiyası belə, verilib.
Ən maraqlısı isə odur ki, noyabr ayında Safura Bəşirovanın əmək haqqında 500 manat artım olub”.
Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən mənbə deyir ki, qeyd olunan faktlarla əlaqədar dəfələrlə Baş Prokurorluğa və Gəncə Şəhər Prokurorluğuna müraciət edib. Lakin hər dəfə bir yol taparaq, bu qanunsuzluqları ört-basdır ediblər. “Eşitdiyimə görə, sonuncu dəfə 8 min manat rüşvət verilib”, - deyə mənbə iddia edir. Onun sözlərinə görə, hazırda aparılan maliyyə yoxlaması da həmin işin üstünü örtməklə məşguldur. Belə ki, maliyyə müfəttişləri də bu qədər sübutu görməməzlikdən gəlir.
Mənbə onu da vurğulayır ki, tələbə yataqxanasında iki nəfərlik otaqlarda əlavə 2 çarpayı yerləşdirərək, 4 nəfərlik otaq ediblər: “Hər tələbə üçün rəsmi ödəniş 450 manatdır. Onlar isə əlavə iki nəfərin hər birindən 180 manat alıb, öz ciblərinə ötürürlər. Bildiyimə görə, bütün bu özbaşınalıqların başında rektorun köməkçisi Vaqif və ümumi işlər üzrə prorektor Ramin Əliyev durur. Onlar mühafizə xidmətinə də işə düzəlmək üçün özlərinə yaxın və yaxşı satqınlıq bacaran adamlardan 3-4 min manat alıb, işlə təmin edirlər. Bu səbəbdən də mühafizəçilərin əmək haqları yüksək olur. Əlavə olaraq da 1/2 ştata bağban kimi yazıb, həmin pulu da rektorun köməkçisi Vaqif götürür. Digər haqqını tələb edən mühafizələrin isə hər ay maaşlarından 100-200 manat kəsilir.
Bu universitetdə baş verənlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə gedən şikayətləri isə Bəxtiyar Nəsibov neytrallaşdırır. Yenicə qızına toy edən bu "müşavir" yaşından utanmadan, özünü subay kimi təqdim edir, məxfi şöbənin əməkdaşlarından birini “gözəlçəsi” kimi saxlayır. Həmin qadın vasitəsilə universitetdə olan bütün söz-söhbətlərdən agah olur. Həmin xanımın diplomu da saxtadır. Diplomu düzəldən şəxs isə Bəxtiyar Nəsibovdur”.
Hazırladı: Jalə FAMİLQIZI, ("Hurriyyet")
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.