Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı
Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovanın səs yazısı.. Goranboy-Naftalan təhsil sektorunda baş alıb gedən korrupsiya halları, qanunsuzluqlar gizlətməklə Gəncə Daşkəsən regional təhsil idarəsinin Rəhbərliyi və əməkdaşları hansı uğura imza atmaq istəyirlər?
Yenixeber.org: Bir neçə gün əvvəl Goranboy rayon Dəliməmmədli məktəbin direktor müavini məktəbdə iş otağında adlı siyahı tutaraq pul yığdığı video çəkliş sosial şəbəkədə yayılmışdır. Regional idarənin məhsul əməkdaşı açıqlama verərək bildirmişdi ki,məktəbdə pul yığılması faktı var. Həmin müəllimlər məktəbin direktoru Ceyhun müəllimin yaxın qohumunun yasına kömək məqsədi ilə ediblər.. Dəqiq araşdırılsa direktorun yaxın qohumu yas mərasimi deyilən bir yer yoxdur. Belə hallar yeni Regional idarənin əməkdaşlarının tətbiq etdiyi PUL almaq formasıdır.
Bu gün saytımıza daxil olan məlumata əsasən Goranboy rayon Zeyvə kənd tam orta məktəbinin direktoru Lamiyə müəllimin tapşırığına uyğun olaraq məktəbin psixoloqu Əsmər müəllim tərəfindən Pul yığılması faktı sübutlarla göndərilmişdir. Lamiyə müəllim Səfikürd məktəbində direktor vəzifəsində işləyən müddət ərzində korrupsiya əməllərinə görə vəzifəsindən çıxarılsa da, az vaxta Zeyvə məktəbinə direktor təyinatı almağa nail ola bilmişdir.Bir neçə ay əvvəl məktəbdə aparılan yoxlama zamanı Lamiyə müəllimə öz izahatında pul yığdığını və həmin pulların Sektorun əməkdaşlarının haqqını ödəmək üçün etdiyini etiraf etmişdir. Lamiyə müəllimənin Atası Rövşən Abışov AXC-nin fəal üzvü olmuşdur. Bu qədər qanunsuzluğa yol verən məktəbin direktorlarının cəza almamsının bir səbəbi var, oda Regionalın Rəhbərliyi və əməkdaşları ilə iş birliyidir. Direktorlar bildirilər ki, bizə tapşırığı Sektor verir ,onlarda regionaldan alır.Beləliklə rüşvət zənciri Elm və Təhsil Nazirliyinə kimi uzanır.Yəqin ki regionalın əməkdaşları açıqlama verəcəklər ki, Direktorun anası onkoloji xəstədir onun sağalması üçün pul yığırıq.Yığılan pulların siyahısını, səs yazılarını təqdim edirik.
Hörmətli oxucular sizcə bu pullar hara yığılır?
Video üçün link :
Mənbə: Alim İbrahimov