Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qəbul imtahanlarına qeydiyyat bitdi: ən çox abituriyent bu qrupdadır -STATİSTİKA

 

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.

Yenixeber.org qeydiyyatdan keçənlərin statistikasını təqdim edir:

I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.


Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

2024-cü ilin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 30150 nəfər;
II ixtisas qrupu: 23957 nəfər;
III ixtisas qrupu: 25146 nəfər;
IV ixtisas qrupu: 5929 nəfər.

Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 130569 nəfər elektron ərizə qəbulunda iştirak edib.

Onlardan 91886 nəfər I,II,III və IV ixtisas qrupları üzrə I cəhd blok imtahanında qeydiyyat keçib.

"130569 nəfərin bir qismi I cəhddə deyil, birbaşa II cəhd blok imtahanında iştirak edəcək ki, bu da ixtisas qrupları üzrə rəqabətliliyi daha da artıracaq", - o deyib.

Ekspert ötən illə müqayisədə abituriyent artımının sayını da açıqlayıb:

"Ötən illə mqayisədə builki artım aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə: 987 nəfər;
II ixtisas qrupu üzrə: 2000 nəfər;
III ixtisas qrupu üzrə: 3124 nəfər;
IV ixtisas qrupu üzrə: 593 nəfər".

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam