Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu -Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib?/FOTOFAKT

Bir qədər əvəəl UNEC nəzdində Sosial- İqtisadi kollecində yanğın olduğunu və rəhbərliyin bəzi korrupsiya əməllərini ifşa edə biləcək sənədlərin yandırıldığı barədə kollecin müəllimi Qələndər Muxtarlının bəyanatını vermişdik.
Yenixeber.org: Bizə verilən məlumata görə kollecə gələn yoxlama yanğın olmadığı qərarına gəliblər. Lakin onların bu qərarı ilə razılaşmayan Qələndər Muxtarlı yanğının oluğunu sübut edən fotoları sosial şəbəkədə paylaşaraq yazıe:
Buyurun, buda yanan sənədlərin yanıq qalıqları. Bəs sosial şəbəkədə mənim kollecdə mühüm sənədlərin yanmasına dair yazımdan sonra deyirdiniz ki, heç bir yanğşn olmayıb? Bu məsələlərin araşıdırmasına məsul olub UNEC nəzdində Sosial- İqtisadi kollecə səyyari gəlib-gedişlər edən, gücü ancaq həqiqəti söyləyib qanunsuz əməllərin qarşısını almaqda fədakarlıq göstərən müəllim və əməkdaşları qorxutmaq olan, Qələndər Muxtarlı güya “qərəzindən” belə edir deyənlər, baş verən konkret korrupsiya əməllərini, qanunsuzluqları, bax elə bu yanğının hansı səbəbdən baş verdiyini araşdırmalı olan “səlahiyyətlilər ” buyurun. Bu yanıq vərəqələrində görünən qruplarda mən dərs demişəm. İndi nə deyəcəksiniz?
Amma mənim bir sualım yaranıb.
-Dünyanın ən antidemokratik ölkələrində belə təhsil sistemi qruplaşmalardan, mafiya qaydalarından uzaq tutulub. Cünki millətin gələcəyi olan təhsilə əl uzatmaya vicdanları yol verməyib. Amma bu mübarək vətəndə ortaya hər şeyi açıb qoyuruq, bu əməlləri törədən, kollecin büdcəsini talayan qalıb kənarda, fədakarlıq edənlərin üzərinə gəlirsiniz. Heç olmasan Azərbaycan təhsilinin dünyada üzünü ağ edən Azərbaycan Dövlət İqtisad Universitetinin illərlə çəkdiyi zəhməti nəzərə alın.
Azərbaycanın təhsil ekspertləri, sizləri şok edəcək bir müraciətimi gözləyin.!
Təhsilə, millətin gələcəyinə məsuliyyət daşıyan bəzi qrumlar öz konsitutsion mahiyyətini itiribdir bunu da biləsiniz. Dövlət inşallah öz sözünü deyəcək...
Qələndər Muxtarlı
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam