Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şirvan şəhəri 21 nömrəli orta məktəbin direktoruna ŞOK İTTİHAM -müəllimin Almaniyaya siyasi qaçqın kimi getməsinə dəstək verib?!

Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət xanım və məktəbin ingilis dili müəllimi Maral Allahverdiyeva haqqında ciddi ittihamlar səsləndirilib. İddialara görə, direktor Səadət xanımın dəstəyi ilə Maral Allahverdiyeva ailəsi ilə birlikdə Almaniyaya Qaçqınlıq Statusu almaq məqsədilə köç edib.
Yenixeber.org: Bir müddət əvvəl bu haqda sosial şəbəkələrdə paylaşım edildiyi də bildirilir:

Məlumatlara əsasən, Maral Allahverdiyeva həyat yoldaşı və üç övladı ilə Almaniyaya gedib, lakin bir müddət sonra deportasiya edilərək geri, Azərbaycana qaytarılıb. Hadisənin ən diqqətçəkən məqamlarından biri Maral Allahverdiyevanın böyük övladının 9-cu sinifdə oxuduğu halda, imtahana buraxılması üçün məktəbin bütün fənn müəllimlərinin göstəriş əsasında onun qiymətlərini saxta yolla yazmalarıdır.
Bundan əlavə, müəllimənin heç bir əsas olmadan iş yerini tərk etməsinə baxmayaraq, vəzifəsinə qayıtmaqda çətinlik çəkmədiyi bildirilir. O, Almaniyaya getməsini övladının müalicəsi ilə əlaqələndirsə də, bunun əsassız olduğu, övladının xəstəliyi ilə bağlı heç bir rəsmi sənədin və ya poliklinikadan təsdiqin olmadığı qeyd olunur.
Şikayətdə vurğulanır ki, Maral Allahverdiyevanın bu cür üstünlüklərdən faydalanmasının səbəbi onun Şirvan Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyevin qohumu olmasıdır. Buna görə də, onun uzun müddət dərsə gəlməməsi ilə bağlı heç bir tədbir görülməyib.
Direktor Səadət xanım isə uzun illərdir 21 saylı məktəbə rəhbərlik edir. Onun Maral Allahverdiyevaya bu imtiyazları verməsi ilə bağlı iddialar məktəb kollektivində ciddi narazılıq yaradıb. Müəllimlər məsələdən xəbərdar olsalar da, direktorun qorxusundan bu haqda açıq danışa bilmədikləri bildirilir.
Əlavə olaraq, iddia edilir ki, Səadət xanım məktəbdə korrupsiya və rüşvət halları ilə məşhurdur. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin hər hansı tədbir görməməsi də sual doğurur. Şikayətçilər hesab edirlər ki, bu qanunsuzluqlara qarşı tədbir görülməli və təhsil sistemində şəffaflıq təmin edilməlidir.
Bu iddialarla bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı təhsil orqanlarının araşdırma aparıb-aparmayacağı da maraq doğurur.


(Bakunews.az)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam