Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gəncə Tibb Kollecində tələbələrdən imtahana görə kim pul yığır?

Gəncə Dövlət Tibb Kollecində oxuyan tələbə onlardan rüşvət tələb olunduğunu iddia edib.
Yenixeber.org: Sosial şəbəkədəki səhifələrin birində bu məsələ müzakirə mövzusu olub.
İddia olunub ki, kollecin müəllimi praktika üçün tələbələrdən 500 manat məbləğində pul tələb edir.
“Məlahət xanım hələ də tələbələrdən praktika üçün pul tələb edir. İl başlayandan 20 AZN istəyirdi, praktika üçün isə 500 AZN istəyir. Öz haqqımız olan praktikaya çətinliklə gedirik. Oxuyanlar qalırlar qıraqda, pul verənlərə təqaüd verilir”, – deyə paylaşımda bildirilir.
Məsələ ilə bağlı   Səhiyyə Nazirliyi yayılan məlumatı əsassız hesab edib. Qeyd edilib ki, paylaşımın olduğu səhifədə bundan əvvəl də oxşar anonim məlumat paylaşılıb.
“Səhiyyə Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb, tələbələrlə ayrı-ayrılıqda görüşlər keçirilib, nəticədə faktlar təsdiqini tapmayıb.
Səhifədə yer alan məlumatların anonim olması şikayət edənlə əlaqə yaradılmasını və məsələnin qanunvericilik çərçivəsində araşdırılmasını mümkünsüz edir.
Hər hansı bir fakt və sübutlar olarsa, Səhiyyə Nazirliyi şikayətçini qəbul edib məsələnin qanunvericilik çərçivəsində araşdırılmasına hazırdır. Bundan əlavə, şikayətçi əlindəki faktlarla hüquq-mühafizə orqanlarına da müraciət edə bilər”, – deyə açıqlamada bildirilir.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında da kollecdəki analoji problemlə bağlı məlumatı işıqlandırmışdıq. Həmin vaxt tələbələrdən birinin valideyni sosial şəbəkədəki səhifələrin birində Tibb bacısı fakültəsinin şöbə müdiri Yeganə Abbasovanın kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb etdiyini iddia etmişdi.
(oxu.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam