Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Deyir ki, məni Zahid Oruc təyin etdirib, hara istəyirsiniz şikayət edin” – KƏLBƏCƏRLİ MÜƏLLİMLƏR TƏHSİL SEKTORUNUN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR /VİDEO

“Deyir ki, məni Zahid Oruc təyin etdirib, hara istəyirsiniz şikayət edin” – KƏLBƏCƏRLİ MÜƏLLİMLƏR TƏHSİL SEKTORUNUN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR / VİDEO
Kəlbəcər rayonu, 70 saylı orta məktəbin müəllimləri - Hüseynov Gəncəli Hüseyn oğlu, Salmanov Xanoğlan Şahməmməd oğlu və Əhməd Məmmədov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, Kəlbəcər rayon müəllimləri Hüseynov Gəncəli Hüseyn oğlu, Salmanov Xanoğlan Şahməmməd oğlu və Əhməd Məmmədov yazaraq bildiririk ki, müraciət etmədiyimiz qurum qalmayıb, amma işimizlə dərindən maraqlanan qurum yoxdur.
Qeyd edək ki, Kəlbəcər rayon Təhsil idarəsində özbaşınalıq, dərəbəylik və rüşvətxorluq baş alıb gedir. Məsələ ilə bağlı Elm və Təhsil nazirinə, nazirliyin Şərqi Zəngəzur Regional İdarəsinə, Baş prokurorluğa dəfələrlə müraciət etsək də, şikayətimizə baxan yoxdur. Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov ixtisasca müəllim deyil, məktəbşünaslıqdan xəbəri yoxdur. Təhsil sektoru məsləhətçi tərəfindən idarə olunur. Məsləhətçilər və metodistlər müdirin savadsızlığından istifadə edərək, şəxsi mənafeləri naminə ciddi qanunsuzluqlar edirlər.
Ən dəhşətlisi odur ki, müdir Namiq Rəcəbov ifrat dərəcədə içki aludəçisidir. Biz işlədiyimiz Kəlbəcər rayon, 70 saylı məktəbin ağzı bağlıdır, sübut üçün çəkilişlərimiz var.

Region müdiri Fuad Bədəlov Namiq Rəcəbovun sanki zirehli geyimidir. Bütün ərizə və şikayətlər onun üstünə göndərilir. O da şikayətçilərdən xəbərsiz ərizələri bağlayır. Çünki məktəblərdən götürülən qazanca ortaqdır.
Namiq Rəcəbov ən yaxın qohumlarını məktəb direktoru təyin etdirir. Onların vasitəsilə əl altdan pullar yığılır. Beləliklə, təhsil adı altında külli miqdarda talançılıq edir. Kim Namiq Rəcəbovla “görüşməsə”, həmin müəllimlər yüksək bal toplasa da, onlara 2-3 saat dərs verilir. Müəllim var, ona cəmi 1 saat dərs verib.
Dəhşətdir, bu adam kimə söykənibsə, heç nəyi vecinə almır. Üzr istəyirik, həm də əxlaqsızlıqla məşğuldur. İyul ayında belə iş üstündə iş otağında döydülər”.
Jalə FAMİLQIZI, (Hurriyyet)
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam