Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elm və Təhsil Nazirliyi təmir olunacaq məktəbləri gizlədir:42 milyon hara xəcrclənəcək?

bitmap-img6

Elm və Təhsil Nazirliyi "respublikanın bir sıra təhsil müəssisələri"ndə təmir işlərinə başlayıb. Lakin hansısa səbəblərdən nazirlik israrla təmir işləri aparılan və ya aparılacaq "bir sıra təhsil müəssisələri"nin adını açıqlamır. 
Yenixeber.org: Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi cari ilin fevralından yuxarıda qeyd etdiyimi satınalma predmeti üzrə tenderlərə start verib və indiyədək 13 satınalma müsabiqəsi keçirilib. 
Artıq 8 tender üzrə satınalma müqavilələri imzalanıb. Müqavilələr aşağıdakı şirkətlərlə imzalanıb:
"Meqaplus" MMC - 1 498 065,01 manat
"Fərid" Firması - 5 299 449,72 manat
"Fərid" Firması  - 4 648 759 manat
"Art-proje" MMC - 3 696 212,27 
"Bakımexanizasiyanəqliyyat" ASC -  3 838 629,41 manat
"S.H. İnşaat Xidməti” MMC - 7 795 545,18 manat
"Koneks Construction" MMC -  669 358,99 manat
"VK Group N1" MMC - 2 628 480 manat.
Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 25 425 740,58 manat təşkil edir. Yerdə qalan 5 tender üzrə qaliblər müəyyənləşsə də, hələ ki, satınalma müqavilələri bağlanmayıb. 
Qalib şirkətləri və onların qiymət təkliflərini təqdim edirik:
"Fərid" Firması - 5 165 719,94 manat
"Fərid" Firması -  7 255 232,45 manat
"S.H İnşaat Xidməti" - 3 492 100,54 manat
"SS İnşaat" MMC - 930 138,08 manat
"VK Group N1" MMC- 4 299 140,17 manat. 
Beləliklə, aydın olur ki, Elm Təhsil Nazirliyi "bir sıra təhsil müəssisələri"nin təmiri ilə əlaqədar ümumi xərci 17 650 230, 64 manat olacaq. Həmçinin görünən odur ki, tenderlərdə əsasən eyni şirkətlər qalib gəlir. 
Təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam