Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Yenixeber.org-un məlumatına görə, proqramlarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar:

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

Əvvəlcədən məlumat verildiyi kimi, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Yeni modelə dair tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8-9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modeli tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.

Yaxın vaxtlarda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının modellərinə uyğun otk.az portalı üzərindən sınaq imtahanları keçiriləcək (ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə xarici dil fənlərindən yeni model tətbiq edilməklə) və sınaq variantları kitab şəklində çap olunacaq.

Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilib.

Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam