Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Göygöldə musiqi məktəbində qalmaqal – Direktor hamilə müəlliməni yerə yıxdı, vəziyyəti pisləşdi –VİDEO

        Göygöl rayon Xəqani kənd uşaq məktəbində gərginlik yaşanır.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, gərginliyə səbəb məktəbin direktoru Nərgiz Həsənlinin fəaliyyətidir.
Bildirilir ki, Nərgiz Həsənli bu ilin aprelində direktor təyin edilib. Direktor kimi fəaliyyətə başladığı ilk gündən məktəbdə qalmaqal yaradıb.
“Sizə bəla gəlmişəm” deyən direktor elə ilk gündən müəllimlərə qarşı kobud davranış sərgiləyib.. Bu isə kollektivlə onun arasında mübahisəyə səbəb olub. Vəziyyət o həddə çatıb ki, Nərgiz Həsənli Xədicə Abbaslı adlı müəlliməni itələyərək yerə yıxıb. Həmin müəllimə hamilə olduğundan halı pisləşib. Müəllimlər dərhal təcili tibbi yardım çağırıb. Xədicə Abbaslı Göygöl Rayon Xəstəxanasına çatdırılıb. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına xəxtəxanaya aparılıb.
Sözügedən xəstəxanada Xədicə Abbaslıya hemotoma diaqnozu qoyulub.
Məlumata görə, hadisə baş verəndən sonra müəllimlər polisə məlumat verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə gəlib.
Faktla bağlı cinayət işinin başlandığı və iş materiallarının Göygöl Rayon Prokurorluğuna göndərildiyi bildirilir.
Bundan sonra prokurorluq məktəbdə 5 illik yoxlamaya başlayıb. Yoxlamanın nəricəsi olaraq müəllimlərin çoxu cərimələnib.
Amma Xədicə Abbaslı ilə bağlı iş araşdırılmamış qalıb.
Müəllimlərin cərimələnməsi və müvəqqəti olaraq işdən kənarlaşdırılmaları Nərgiz Həsənli üçün əlavə fürsətlər yaradıb.
O, işdən kənarlaşdırılan müəllimlərin yerinə işçi götürüb. Digər müəllimlərin isə dərs yükünü azaldaraq özünün işə götürdüyü müəllimlərə verib.
Bildirilir ki, Nərgiz Həsənlinin fəaliyyətindən narazı olan müəllimlər yaxın günlərdə Bakıya gələrək yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.
Reportyor.info bu iddialarla bağlı Nərgiz Həsənlinin də mövqeyini öyrənməyə çalışıb. Lakin bu, mümkün olmayıb.(Reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam