Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

 

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır.

Yenixeber.org xəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam