Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Pilgrim Education” rəhbərinin dələduz əməllərinin qurbanına çevrilmişik -Mehriban xanım Əliyevaya MÜRACİƏT

Bir qrup gəncin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciəti barədə məlumat vermişdik.

Yenixeber.org: Həmən müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Mehriban xanım!

İstər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun rəhbəri kimi milli təhsil sistemimizin inkişafına verdiyiniz dəstək sevindiricidir.

Xalqımızın ruhuna uyğun fəaliyyətinizdə təhsil sahəsini hər zaman diqqətdə saxlamağınız, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafında müstəsna xidmətlərinizin nəticəsi olaraq ölkəmizdə peşəkar kadrlar yetişir, gənclərimizin səsi, sorağı dünyanın ən nüfizlu ali məktəblərindən gəlir.

Bu nəcib, qüdrətli Azərbaycanımızın gələcəyinə hesablanmış siyasətiniz gənc olaraq bizi fərəhləndirir və eyni zamanda məsuliyyətimizi artırır.

Hörmətli Mehriban xanım!

Xaricdə təhsil almaq məqsədilə ölkəmizdə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ilə müqavilə bağlamışıq. Lakin adıçəkilən şirkətin rəhbəri Aisa Aslanova adlı şəxsin dələduz əməllərinin qurbanına çevrilmişik. Aisa Aslanova pullarımızı mənimsəyərək bağladığımız müqavilənin şərtlərinə əməl etmir. Biz haqqımızı tələb etdik də bizləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hədələyir.

Sonradan məlumat aldıq ki, biz tək deyilik, bu şirkət və onun rəhbəri digər gənclərin etimadından da sui-istifadə edərək onların da pulunu mənimsəyib və belə xoş olmayan nümunələr kifayət qədərdir. Onu da diqqətinizə çatdıraq ki, adı hallanan “şirkət” rəhbəri bu gün də ali təhsil ocaqlarda tələbələri öz qurbanına çevirməkdə davam edir.

Təəssüf hissi ilə bildirək ki, hüquq-mühafizə orqanları Aisa Aslanovanın cinayət məsuliyyətinə cəlb olunmasında fəaliyyətsizdir. Ümidimiz yalnız Sizədir.

Biz xaricdə daha yüksək təhsil alaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövləşən, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana şərəflə, ləyaqətlə xidmət etmək istəyirdik. Lakin dövləti, onun gəncliyini deyil, öz çirkin maraqlarını düşünən, ölkəmizin ali məktəb auditoriyalarını bir-bir gəzərək guya seçim edərək istedadlı tələbələri toplayan Aisa Aslanova adlı birisi buna imkan vermədi.

Hörmətli Mehriban xanım!

Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunun şahidi olub. Amma A. Aslanov adlı birisi gənclərimizə zərbə vurmaq, inkişafdan geri salmaqla məşğuldur.

Hörmətli Mehriban xanım!

Xahiş edirik ki, bu qadının və onun rəhbəri olduğu şirkətin fəaliyyətinin ədalətli çəkildə araşdırılmasına müvafiq tapşırığınızı verəsiniz. Sizə sevgimiz, təşəkkürümüz, etimadımız böyükdür.(dosye.org)

Yenixeber.or olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam