Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni detallar açıqlanıb

 

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar bildirib.

O, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacağını deyib. Şura sədri söyləyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq:

“Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq”.

E.Özvar bildirib ki, Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər:

“Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çlışan ekspertlərindən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər. Universitet modelində türk və ingilis proqramları açılacaq. Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək”.

O söyləyib ki, Türkiyə vətəndaşı olan tələbələr bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər. Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.

Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam