Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Xaricdə təhsil alan 73 nəfərin diplomu --TANINMADI

 

Noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Yenixeber.org-a verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam