Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəmalə Babayeva doğum gününə görə şagirdlərdən pul yığdırır? –AÇIQLAMA

Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

Yenixeber.org: Bu barədə redaksiyamıza Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Onun sözlərinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən iki manat, yuxarı siniflərdən üç – beş manat, müəllimlərdən isə hansısa məbləğdə pul yığılır”.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən məktəbin direktoru Kəmalə Babayeva ilə əlaqə saxlanılıb. Direktor bu barədə məlumatı yeni eşitdiyini diqqətə çatdıraraq, daha ətraflı məlumat əldə etmək üçün Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə yaratmağı tövsiyə edib. K.Babayeva doğum gününün noyabrın 24-də olub-olmamasını nə təsdiq, nə də inkar edib.

BŞTİ-dən isə bildirib ki, məsələnin araşdırılacaq.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam