Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qadın direktorun davranışı gündəm oldu -VİDEO

Hacıqabulun Kolanı kənd orta məktəbinin direktoru Arifə Əliyevanın səs yazısı yayılıb. Səs yazısındakı şəxs məktəbliləri “Bura meymunluğa gəlmisiniz”, “Qoyun sürüsü” və s. kimi ifadələrlə təhqir edib.

Yenixeber.org: Direktorun dediklərindən aydın olur ki, rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam yoxdur. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırlar.

Səs yazısı ötən tədris ilində 9-cu siniflər arasında keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra yayılıb. Həmin vaxt şagirdlər zəif nəticə göstərdikləri üçün direktor Arifə Əliyeva əsəblərini cilovlaya bilməyərək onları danlayıb və həmin səs yazısı məktəbdə işləyən bir müəllim tərəfindən qərəzli şəkildə yayılıb. Qurumun mövqeyindən belə aydın olur ki, problem direktorun şagirdlərlə hansı formada ünsiyyət qurmasında yox, səs yazısının yayılmasındadır. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sözügedən məsələ araşdırılır.(metbuat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam