Tanınmış jurnalist Səbuhi Abbasov LANDAU School təhsil mərkəzi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Yenixeber.org: S.Abbasov statusunda bildirir ki, "Landau School”a ödənilən təhsil haqqı geri qaytarılımır.
Status…
Dünən müəllimlər günü idi, düşündüm yazsam düz çıxmaz, amma cəmiyyətə təhsilimizlə bağlı neqativləri, nöqsanları mütləq çatdırmaqlıyıq. LANDAU School təhsil vermir, təhsili biznesə, qumara çevirib. Əgər dostluğumda bu məktəbin rəhbərini və ya marketinq şöbəsindən tanıyan varsa direktə yazsın, xahiş edirəm. Deməli, çox yaxın dostlardan birinin övladı bu məktəbə təhsil alıb. 2022-ci ilin aprelində 2023-cü ilin, yəni növbəti ilin təhsil haqqısını ödəyib. 2 həftə sonra şəxsi səbəblərə görə uşağın məktəbini dəyişmək məcburiyyətində qalır. Ödənişdən 20 gün sonra Landau'ya müraciət edir ki, növbəti il üçün ödənilən vəsaiti geri qaytarsınlar. Bir neçə valideyndə eyni situasiya olub. Səs-küy salanların pulu qaytarılıb, abrına bükülənlərin pulu bu günə qədər qaytarılmayıb.
Əl-qərəz, özüm zəng elədim, 50 bəhanə gətirdilər, hamısı da əsassız, vəsaiti verməyəcəklərini dedilər. Danışıq tərzləri, jarqonlar, İlahi, dəhşətdir. Birdə fikirləşirsən ki, ildə 10 min verib uşaqlarımızı bu qaniçənlərin, fırıldaqçıların ixtiyarına veririk.
Deyirəm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və digər qurumlara müraciət edəcəm. Deyir istəyirsən get Emin Amrullayevə denən, mümkün deyil, o belə bizim heç bir işimizə qarışa bilməz. Sözlərindən belə çıxdı ki, Emin Əmrullayevin tasını veririk, istədiyimiz əxlaqsızlığı edirik. Bəli, sən özəl məktəbsən, amma təhsil verirsənsə, deməli ölkənin təhsil sistemindən, qayda, qanunlarından asılısan.
Mən birbaşa Təhsil naziri Emin Əmrullayevə müraciət edirəm. Qanuna müvafiq olaraq, birinci bizim bu şikayətimizi diqqətə götürsün, ikincisi Landau ilə bağlı məsələləri diqqətə alsın, yoxlama, lisenziya, təhsil qanunlarına riayət, maliyyə dövriyyəsi, təhsil siyasəti və digər məsələlərlə bağlı ciddi ölçülər götürülsün.
Bilə-bilə gələcəyimizi fırıldaqçılara etibar edirik... Həm onları oliqarx edirik, həm də övladlarımızı təhsil sarıdan 'şikəst' edirik...
Qarşı tərəfin mövqeyini öyrənmək üçün "Landau Scholl" təhsil mərkəzi ilə əlaqə saxlayıb.
Nigar adlı işçi bildirib ki, biz valideynlərə dəstək oluruq və təhsil haqqının geri ödənişi və qaytarılması barəsində hər kəsə individual yanaşırıq. Landau School-la müqaviləni kim bağlayıbsa həmin şəxs bizə müraciət etsin biz danışaq./Fed.az/