Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

177 saylı məktəbdə valideynlərdən müəllimlər günü ilə bağlı pul yığılır? -İDDİA

“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” yaxınlaşdıqca bəzi məktəblərdə də pul yığma kampaniyası başlamaqdadır. Sosial şəbəkələrdə artıq paytaxtda fəaliyyət göstərən bir neçə məktəbdə pul yığımına başlanıldığı deyilir.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə müəllimlər günü ilə əlaqədar valideynlərdən pul toplanan məktəblərdən biri də Nərimanov rayonunda fəaliyyət göstərən 177 saylı məktəbdir.

177 saylı orta məktəbdə “valideyn komitəsi” tərəfindən aparılan pul toplama kampaniyasının əsasən ibtidai siniflərdə aparıldığı deyilir.

Məktəbin ibtidai siniflərində ümumilikdə 350-ə yaxın şagirdin təhsil aldığı, hər şagirdə görə isə valideynlərdən 20 manat pul yğıldığı iddia edilir.

Arzu Süleymanova, direktor

Məlumata görə məktəbdə baş verənlərdən direktor Arzu Süleymanovanın xəbəri olsa da, nədənsə heç bir müdaxilə etmir.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən mövqe öyrənməyə çalışdıq. İdarədən məsələnin araşdırılıb cavab veriləcəyini bildirsələr də, sonradan qurum məsələyə mövqe bildirmədi.(qlobal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam