Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

"Azerbaijan International Mining Company Limited" dən aztəminatlı ailələrdən olan şagirdlərə dəstək -FOTOLAR


"Azerbaijan International Mining Company Limited"
 Gədəbəydə aztəminatlı ailələrdən olan şagirdlərə dəstək olub

Yenixeber.org: "Azerbaijan International Mining Company Limited" (AIMC) Gədəbəy Rayonu İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Gədəbəyin müxtəlif kəndlərində aztəminatlı ailələrdən olan şagirdlərə yardım edib. AIMC nümayəndələri Gədəbəydə yerləşən Söyüdlü, Daşbulaq, Xarxar, Arıqdam və Qaradağ kəndlərini ziyarət edərək 1-ci sinif şagirdlərini yeni dərs ilinə başlamaları münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıblar. Şirkət tərəfindən Söyüdlü kənd Ə. Musayev adına tam orta məktəbinin 34, Arıqdam kənd tam orta məktəbinin 35, Xarxar kənd tam orta məktəbinin 16, Gədəbəy rayon 2 saylı tam orta məktəbinin 22, Qaradağ kənd ümumi orta məktəbinin 12, Daşbulaq ümumi orta məktəbinin 1 şagirdinə məktəbli formaları və ləvazimatları 
hədiyyə edilib. Məktəb direktorları və valideynlər AIMC və Gədəbəy Rayonu İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.
Fəaliyyət göstərdiyi ərazidə əhalinin həyat kefiyyətini yaxşılaşdırmağı hədəfləyən AIMC sosial məsuliyyət siyasəti çərçivəsində bundan sonra da aztəminatlı ailələr üçün layihələrini davam etdirəcək.
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam