Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə

 Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq. 

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin yutub kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək. 

II və III ixtisas qrupları üzrə canlı yayım avqustun 11-də saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə avqustun 18-də saat 11:00-da təşkil olunacaq. 

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam