Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

93 saylı məktəbdə nələr baş verir..?- Təhsil naziri Emin Əmrullayev məktəb direktorunun əməllərini görmür..? -DE-FAKTO

         93 saylı məktəbdə nələr baş verir..?-
Texniki Universiteti bitirən Xalidə İbrahimova necə məktəb direktoru olub..?
Fenomen mekteb direktorunun fəaliyyəti araşdırılmalıdır?
Cənab Emin Əmrullayev, yığışdırın fenomen məktəb direktorlarını!

Yenixeber.org: Bir media olaraq təhsil sahəsindəki problemləri zaman-zaman gündəmə gətiririk.
Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları barədə mediada geniş araşdırma yazıları dərc olunur.
Neçə illərdir ki, orta məktəblərdə süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın gündəmindən düşmür.
Bütün bunlar azmış kimi, məktəblərdə “ölü canlar”, adı olub özü olmayan işçilər də ciddi mövzudur.
Təsəvvür edirsiniz, məktəb direktoru mühafizəçi, bağban, xadimə və s adı altında xeyli sayda işçinin əmək haqqı kartını cibində gəzdirir və hər ay xeyli miqdarda dövlət vəsaitini mənimsəyir.
Bütün bunlar azmış kimi məktəb direktorları təmir-tikinti adı altında dövlətin ayırdığı xeyli vəsaiti müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan “otkat” alır.
Bir sözlə, vaxtıilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir.
Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə ayırdığı sinif otaqlarından, gəlirləri 50-50 faizlə bölüşdürməsindən danışmırıq.
Məktəblərin yeməkxanalarına verilən ərazq və qida məhsulları da başqa bir yazının mövzusudur.
Sözün qısası uşaqlarımızın gələcəyi olan məktəblər əməlli-başlı biznes və rüşvət məkanına çevrilib.
Məktəb direktorlarının necə təyin olunması, bu təyinatın qiymətləri lap dəhşətlidir.
Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki, pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor təyin olunur.
Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə aqronom olan bir şəxs direktor təyin olunmuşdu.
Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru pedoqoq olmaya bilər.
Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru biznesmen olmalıdır.
Bax, bu günümüzün reallığıdır.
Bəli, məktəb direktoru menecer, biznesmen olmalıdır.
Sözün qısası, məktəblərimizdə vəziyyət dözülməz həddə çatıb.
Bu yazıda konkret olaraq Bakı şəhərindəki Eldar Əliyev adına 93 saylı orta məktəbdən bəhs etmək istəyirik.
Məktəbin direktoru Xalidə Səfər qızı İbrahimova barəsində qısaca bu qədər:
Xalidə Səfər qızı İbrahimova 1976-cı ildə anadan olub.
Tərcümeyi-halında Azərbaycan Texniki Universiteti bitirdiyi yazılıb.
İstər-istəməz ortaya sual çıxır ki, Texniki Universiteti bitirən bir şəxs necə orta məktəbdə direktor ola bilər..?
Amma düşünürük ki, əgər AQRONOM məktəb direktoru olursa, niyə Texniki Universitetin məzunu məktəb direktoru olmasın..?
Xalidə İbrahimova 3 ildir ki, bu məktəbə rəhbərlik edir.
Xalidə İbrahimova texniki təhsili ilə Təhsil Nazirliyində baş məsləhətçi işləyib, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümum təhsil sektorunun məsləhətçisi olub və hazırda 93 nömrəli tam orta məktəbin direktorudur.
Onu da qeyd edək ki, məktəb burada təhsil almış şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır.
Məktəbdə şagirdlərdən yığılan pullar, sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan aylıq, hətta “arenda pulu” və s hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.
Sonda Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Xalidə İbrahimovanın bu əməllərini görmürsünüz..?(gundelik baki.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam