Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Vahid formadan imtina edən məktəblər var -RƏSMİ

Cari tədris ilinin əvvəlindən bütün ümumi təhsil müəssisələrinə Nazirlər Kabinetinin müvafiq qərarının icra edilməsi ilə bağlı tapşırıq verilib.

Yenixeber.org:  Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Tapşırığa əsasən hər bir müəssisə mart ayına qədər Peqoqoji Şura təşkil edərək 4 formadan 1-ni məktəbli forması olaraq seçib. Hal-hazıra qədər 98%-ə yaxın müəssisə məktəbli forması ilə bağlı seçimlərini edib. Yerdə qalan az sayda müəssisələrlə bağlı müvafiq işlər aparılır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, Məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir.

"Əgər qərar versələr ki, bu il yeni formaya keçirlər, qaydaya uyğun yeni məktəbli formasına keçməlidirlər. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Yeni formadan imtina edən məktəbin şagirdləri könüllü şəkildə öz seçimlərinə uyğun geyinəcəklər", - E.Əliyev bildirib.

Xatırladaq ki, "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Trend-in suallarını cavablandırarkən qeyd edib ki, 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Vaxt az olduğu üçün yuxarı siniflər üçün hazırlanmayıb. Artıq yeni tədris ili üçün yuxarı siniflər də yeni məktəbli formalarından istifadə edə biləcək.

"Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manat olacaq", - deyə o, əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam