Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Əmrullayev İsmayıllı məktəbində -FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbi ziyarət edib.  

Yenixeber.org:Təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.  

Bildirilib ki, Natiq Behdiyev adına İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 54 müəllim məşğul olur.  

Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də ulu öndərin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüşüb.

Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə də tanış olan Emin Əmrullayev pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam