Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrindən DANIŞDI

Bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili göstərir ki, nəticələr keçənilki nəticələrlə təxminən eyni səviyyədədir. 

Yenixeber.org:Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, Elm və Təhsil Nazirliyi tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub: 

"Bu kifayət qədər yüksək nəticədir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır. Bu da gözlənilən mənzərədir. Nəticələri təhlil edəndə, hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəlif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun ataq, bütün məktəblərdə təlim-tədris prosesi elə qurulsun ki, ümumiyyətlə ölkə üzrə nəticələr yüksək olsun".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam